Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
233
uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər
bunlardam yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
116. Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz):
"Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz.
Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!
117. (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab
gözləyir!
118. Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz (bunları
haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə
zülm edirdilər. (Buna görə də Allah bir çox ne’mətləri onlara haram buyurdu).
119. Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan
sonra tövbə edib özlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən)
sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!
120. Həqiqətən, İbrahim Allaha müt’i, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O
heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas
olan bütün yaxşı cəhətlət, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).
121. O, (Allahın) ne’mətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə
görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.
122. Biz ona dünyada gözəl ne’mət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət
olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq)
salehlərdəndir!
123. Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan
İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik.
124. Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və
istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib
edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların
arasında hökm verəcəkdir.
125. (Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət
(moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə,
|