arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
260
8. (Zəkəriyya) dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən
düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?"
9. (Allah Cəbrailin dili ilə buyurdu: ) "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi
görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan)
yaratmışdım!"
10. (Zəkəriyya) dedi "Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə)
bir əlamət müəyyən et!" (Allah) buyurdu: "Əlamətin budur ki, sən sağlam ikən üç gün-
üç gecə adamlarla danışa bilməyəcəksən!"
11. (Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq
zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha
əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə’bəddən) öz
camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: "Səhər-axşam (Allahı) təqdis
edib şə’ninə tə’riflər deyin! (Və ya namaz qılın!)"
12. (Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) "Ey Yəhya! Kitabdan bərk yapış
(Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət
(Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
13. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və
(günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
14. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş)
deyildi.
15. Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq
qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat
etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)
16. (Ya Rəsulum!) Kitabda (Qur’anda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb
(evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə
çəkilmişdi.
17. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək)
üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik.
Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü.
18. (Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə
(mənə toxunma)!"
|