arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
559
(dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox
asandır!
8. Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin!
Allah etdiyimiz əməllərdən agahdır!
9. Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün - məhz o gün
qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən
verdiklərinə görə, bə’zi mö’minlərin də dünyada bacardıqlarından az yaxşı əməllər
etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər
etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan
cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük
qurtuluşdur (uğurdur)!
10. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar
orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
11. Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman
gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin
Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və
gələcəyi) biləndir!
12. Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə,
(bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi
zorla iman gətirməyə məcbur edən deyildir).
13. Allahdan başqa heç bir tanrı (mə’bud) yoxdur. Buna görə də mö’minlər ancaq
Allaha təvəkkül etsinlər!
14. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən
olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən,
yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək
istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar).
Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz,
(təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox)
bağışlayandır, rəhm edəndir!
15. Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən
böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
|