arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
561
.
65
.
ət-Talaq
(Boşanma) surəsi
(Mədinədə nazil olmuşdur, 12 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində
(heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz
olan Allahdan qorxun. Onları - açıq-aşkar bir pis iş (zina) etməyənə qədər - (gözləmə
müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar.
Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə
zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin
ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
2. Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları
yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə)
içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik
edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim
Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
3. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət
edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət)
tə’yin etmişdir.
4. (Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə
şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz
görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu
müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə
müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah
onun işini (dünya və axirətdə) asan edər.
|