arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
572
.
69
.
əl-Haqqə
(Haqq olan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Haqq olan qiyamət!
2. Nədir qiyamət?!
3. Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə
öyrətdi?)
4. Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
5. Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
6. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.
Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki
içi bomboş xurma kötükləri idilər.
8. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
9. Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah
(xəta) törətmişdilər.
10. Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir
əzabla yaxalamışdı.
Bizim email:
Dostları ilə paylaş: |