arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
615
.
84
.
əl-İnşiqaq
(Yarılma) surəsi
(Məkkədə nazil olmuşdur, 25 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göy yarılacağı,
2. Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;
3. Yer uzanıb dümdüz olacağı;
4. Qoynunda olanları bayıra atıb boşaldacağı;
5. Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan
dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!
6. Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona
qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib
çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib
dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər
etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
7. Kimin əməl dəftəri sağ əlinə verilmişsə,
8. Onun yüngül haqq-hesab çəkiləcək
9. Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!
10. Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,
11. O: "Ay öldüm!" - deyə şivən qopardacaq,
12. Və Cəhənnəmə vasil olacaqdır!
Bizim email:
Dostları ilə paylaş: |