arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
640
.
103
.
əl-Əsr
(Axşam çağı) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin
əsrinə) ki,
2. İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan
içindədir?
3. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə
edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)
.
104
.
əl-Huməzə
(Qeybətçi) surəsi
(Məkkədə nazil olmuşdur, 9 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
Bizim email:
Dostları ilə paylaş: |