əl-Qüreyş
(Qüreyş) surəsi
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar
üçün səfəri asanlaşdırması) xatirinə,
2. Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət
və ticarət edə bilmələri) xatirinə.
3. Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!
4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin
təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
.
Dostları ilə paylaş: |