108
.
əl-Kovsər
(Kövsər) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol
ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!
2. Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası
kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin
nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)
Bizim email:
Dostları ilə paylaş: |