Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə85/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   81   82   83   84   85   86   87   88   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

91 



62. Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən 

görərsən. Onların gördüyü işlər necə də pisdir!  

63. Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram 

yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!  

64. Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri 

bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və 

lə’nətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi 

lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız 

küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam 

edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu 

söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad 

törədənləri sevməz!  

65. Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur’ana) iman gətirsə və Allahdan 

qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və 

özlərini də (ne’məti bol olan) Nəim cənnətlərinə daxil edərik.  

66. Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların 

sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də 

ayaqları altında olanlardan (göylərin və yerin ne’mətlərindən) yeyərdilər. Onlar 

arasında mö’tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini 

e’tiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!  

67. Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et. Əgər (bunu) 

etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə 

yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı 

düz yola yönəltməz!  

68. De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana 

(Qur’ana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru 

olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Qur’an) 

onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın 

halına acıma!  

69. Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən 

Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar 

qəm-qüssə də görməzlər!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin