Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
90
(mö’minlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər)
ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.
53. İman gətirənlər isə deyəcəklər: "Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan)
möhkəm andlar içən kəslər bunlarmıdır?" Onların (bütün) əməlləri puça çıxdı və
(axirətdə) zərərçəkənlərdən oldular.
54. Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə)
elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar mö’minlərə qarşı
mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən
qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O,
hər şeyi) biləndir!
55. Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki,
(Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
56. Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər
iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir
(Allahı özünə hami və dost seçən şəxslərdir).
57. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq
hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər mö’minsinizsə Allahdan
qorxun!
58. Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu,
onların anlamaz bir tayfa olmalarındandır.
59. (Ya Rəsulum!) De: "Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim
Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin
əksəriyyətinizin fasiq olmasınamı görədir?!
60. De: "Allah yanında cəza e’tibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər
verimmi? Allahın lə’nətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və
şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru
yoldan daha çox azanlardır!
61. (Münafiqlər) sizin yanınıza gəldikləri zaman: "Biz iman gətirdik!" - deyirlər. Halbuki
onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb
getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!
|