31
AZƏRBAYCAN RESPUBLIKASINDA PSİXİ SAĞLAMLIQ
SİSTEMİNİN
GÜCLÜ VƏ ZƏİF CƏHƏTLƏRİ
Köhnə Sovet modelinə əsaslanmış Azərbaycan Respublikasının psixi sağlamlıq
sistemi
təşkilati yanaşma, həddən artıq mərkəzləşmiş xidmətlər, psixiatriya
müəssisələrinin ümumi səhiyyə sistemindən və digər sektorlardan (sosial təminat,
mənzil-kommunal xidmətləri, təhsil sistemi, ədliyyə sistemi və s.) təcrid edilməsi ilə
xarakterizə olunur. İxtisaslaşmış tibbi xidmət səviyyəsində, demək olar ki, bütün növ
xidmətlərdən istifadə imkanı vardır, lakin ilkin səhiyyə səviyyəsində psixi sağlamlıq
xidmətləri zəif inkişaf etmişdir. Psixiatriya xidmətlərinin göstərilməsi, başlıca olaraq,
poliklinikalarda çalışan psixiatrlar, PND-lər və psixiatriya xəstəxanalarının üzərinə
düşür. 50-150 min əhaliyə xidmət edən hər bir administrativ bölgə poliklinikasında
psixiatr ştatı vardır. Bu psixiatrlar, xidmət dairəsi 300 000 - 600 000 nəfər əhalini
əhatə edən bölgələrarası PND-lərin tabeliyində fəaliyyət göstərirlər. PND-lərin
çoxunda həm ambulator, həm də stasionar tibbi xidmətlər göstərilir, stasionar
müalicəsi həmçinin psixiatriya xəstəxanalarında aparılır. Bundan başqa, ölkənin üç
böyük şəhərində Təcili tibbi yardım xidməti tərkibində bütün sutka ərzində fəaliyyət
göstərən mobil psixiatriya qrupları vardır.
Psixiatrların və psixiatriya üzrə tibb bacılarının sayının kifayət miqdarda olmasına
baxmayaraq, həm diplomaqədərki, həm də diplomdansonrakı mərhələlərdə onların
təhsil səviyyəsi peşə təhsili sahəsində müasir tələblərə cavab vermir. Uşaq/yeniyetmə
psixiatriyası, geriatrik və ya məhkəmə psixiatriyası, yaxud psixoterapiya üzrə xüsusi
tədris proqramları yoxdur. Klinik psixoloqlar, sosial işçilər, peşə həkimləri və s. kimi
psixi sağlamlıq üzrə digər mütəxəssislər psixi sağlamlıq xidmətlərinin göstərilməsinə
cəlb edilməmişdir. Beləliklə, psixososial müdaxilələrdən Azərbaycan Respublikasında
nadir hallarda istifadə olunur və demək olar ki, bütün xidmətlər psixotrop dərmanlarla
müalicə üzərində qurulmuşdur. Digər tərəfdən, qəbul olunmuş tibbi yardım
standartları, o cümlədən müalicə prosesinə nəzarət etmək üçün rəhbərliklər və müalicə
protokolları yoxdur.
Azərbaycan Respublikasında psixi sağlamlıq xidmətlərində olan məhdudiyyətlərin
əhəmiyyətli hissəsi maliyyə çatışmazlığı ilə bağlıdır. Ümumi səhiyyə büdcəsinin
yalnız 3%-i psixi sağlamlıq xidmətləri üzrə xərclərə ayrılmışdır. Eyni zamanda
maliyyələşdirmədə aşkar disbalans mövcuddur, belə ki, ayrılmış vəsaitlərin 85%-i
stasionar xidmətləri üçün nəzərdə tutulmuşdur. Tibbi sığorta sisteminin mövcud
olmadığı şəraitdə, ən çox yayılmış maliyyələşdirmə üsulu nağd yolla ödəmədir.
Ölkədə xidmətlərin qeyri-rəsmi şəkildə ödənişi mövcuddur, çünki tibb işçilərinin
maaşı çox aşağı səviyyədədir (ayda 73 ABŞ dolları).
2001-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş Psixi Sağlamlıq haqqında Qanun,
tam informasiyaya əsaslanmış razılıq, anonimlik və gizlilik, məcburi yerləşdirmə və
müalicə (yalnız məhkəmə qərarından sonra), o cümlədən psixi xəstəliyi olan şəxslərin
himayəsi və hüquqlarının qorunması ilə bağlı məsələləri tənzimləyir. Buna
baxmayaraq, psixiatriya üzrə mütəxəssislər, hüquqşünaslar və pasiyentlər (həmçinin
onların ailə üzvləri) arasında qanunvericilik normaları haqqında məlumatlılıq çox
aşağı səviyyədədir. Eyni zamanda, qanunun yerinə yetirilmə reqlamenti və onun
32
tətbiqi mexanizmləri hələ dəqiq işlənməmişdir və psixi xəstəliyi
olan şəxslərin
hüquqlarının qorunması üçün məsuliyyət daşıyan hər hansı nəzarətedici qurum yoxdur.
Ölkədə Milli Psixi Sağlamlıq Siyasəti və Psixi Sağlamlıq üzrə Strateji Plan tərtib
edilməmişdir, həmçinin istehlakçılar siyasətin formalaşdırılması, planlaşdırılması və
ya qiymətləndirilməsində iştirak etmək imkanından məhrumdurlar. Psixi sağlamlıq
üzrə informasiya sistemi psixiatrik epidemiologiya və statistika sahəsində etibarlı
məlumatlarla işləmir, çünki pasiyentlərin əksəriyyəti psixiatrik yardım üçün qeyri-
rəsmi şəkildə müraciət edir və onlar rəsmi statistikaya daxil edilmir. Bundan başqa,
alınan bütün informasiya başlanğıc və ya orta mərhələləri əks etdirən göstəricilərlə
bağlıdır, nəticələrin qiymətləndirilməsi ilə bağlı məlumatlar isə toplanmamışdır.
2005-ci ilin ikinci yarısında Səhiyyə Nazirliyində əhəmiyyətli dəyişikliklər baş
vermişdir və yeni rəhbərlik ictimai səhiyyə sektorunda
vəziyyəti qaydaya salmaqla
bağlı işlərə başlamışdır. Görülən bu işlər psixi sağlamlıq sistemində islahatlar
aparılması, o cümlədən siyasətin işlənib hazırlanması, xidmətlərin
maliyyələşdirilməsinin artırılması, həddən artıq təşkilatlanmadan icmaya doğru
yönəlmə, ilkin səhiyyə səviyyəsində və icmaya əsaslanan xidmətlərin göstərilməsi və
peşə təhsilinin təkmilləşdirilməsi üçün imkanlar yaradır.