______________Milli Kitabxana_____________
151
- «Sən məktəbdə nə ilə məşğul olmuşsan?»
Şagird cavab verir: «Mən məktəbdə öz kitabəmin
məzmununu danışdım, səhər yeməyimi yedim, kitabəmi yazdım
və onu sonacan köçürtdüm. Sonra şifahi tapşırığı soruşdular,
nahardan sonra yazılı tapşırıq verdilər. Dərslər qurtarandan sonra
evə gəldim. Otağa girdim, gördüm ki, atam əyləşib. Mən atama öz
kitabəmi oxudum, o, razı qaldı».
Bir gün şagird dərsə gecikir. Bu haqda belə danışılır: «Səhər
ayılanda, anamdan xahiş etdim ki, mənə səhər yeməyi versin,
çünki məktəbə tələsirdim. Anam mənə iki kökə verdi və mən
məktəbə getdim. Məktəbdə «çubuq tutan» məndən soruşdu: «Sən
nə üçün belə gec gəlmisən?» Mən qorxdum və ürəyim döyündü.
Mən müəllimə yaxınlaşdım və ədəb-ərkanla ona baş əydim».
Həmin gün şagird üçün uğursuz oldu. Ehtiramla müəllimə
baş əyməsinin köməyi olmadı. Hələ üstəlik müəllim şagirdə dedi:
«Sənin əlin heç bir işə yaramaz (yəni pis yazırsan)» və şagirdə bir
çubuq vurdu. Şagird bunu gözləmədiyindən pərt oldu. Evə gəldi.
Atasından xahiş etdi ki, müəllimi evə dəvət etsin və ona qulluq
göstərsin. Ata müəllimi evə dəvət etdi. Müəllim gəldi, onu başda
oturtdular. Şagird müəllimə qulluq göstərməyə və məktəbdə
öyrəndiyini danışmağa başladı. Ata müəllimə səy göstərdiyi üçün
təşəkkürünü bildirdi və müəllimə təzə geyim və bahalı hədiyyələr
verdi, barmağına isə üzük taxdı. Tərifli sözlərdən və
hədiyyələrdən müəllim xoşlandı. Müəllim şagirdə - gələcək
mirzəyə ürək-dirək verməyə başladı: «Ey gənc, mənim sözlərimə
diqqətlə qulaq asdığın üçün, heç bir kəlamı yaddan çıxartmadığın
üçün, sən yazı sənətinin zirvəsinə çata biləcəksən və onun
incəliklərinə yiyələnəcəksən. Səni görüm qardaşların arasında lap
yaxşı olasan, dostların arasında lap baş olasan, habelə şagirdlər
arasında lap birinci olasan. Sən məktəbdə yaxşı oxumusan,
görürsən, sən artıq savadlı adam olmusan».
Bu hekayə hələ qədimdə çox geniş yayılmışdı. Qazıntılar
zamanı bu hekayənin 21 nüsxəsi tapılmışdı. Lakin mətn müəllimin
maaşı haqda fikir yürütmək üçün imkan vermir. Müəllimin evə
dəvət edilməsi və ona ehtiram göstərilməsi yaltaqlığın tarixini
göstərən ilk tarixi faktdır, müəllimə hədiyyə verilməsi
|