______________Milli Kitabxana_____________
175
QƏDİM URARTU MƏDƏNİYYƏTİ
Urartu Mesopotamiyadan şimalda, Şərqi Anadoluda
(Türkiyə) Van gölü ətrafında meydana gəlmişdi. Urartu dağlıq
ölkə idi. Dəclə, Fərat və Araz çayları öz mənbələrini bu ərazidən
götürür.
Urartu əhalisinin tərkibi müxtəlif olmuşdur. Assurlar bu
ölkəni Urartu, urartulular isə öz ölkələrini Biaynili adlandırırdılar.
Assur hökmdarı I Salmanasar “Uruatri ölkələri” ifadəsini
işlətmişdi. Uruatri adı tədricən Urartu adı ilə əvəz olunmuşdu. Bu
zaman xırda ölkələrin hakimləri vahid bir mərkəzdə
birləşdirilmişdi. E.ə. IX əsrdə Assur hökmdarı II Assurnasirpal
Urartu ölkəsinə yürüş təşkil etmişdi. Urartulular ona güclü
müqavimət göstərmişdilər. Urartunun dağlıq ərazisində,
məhsuldar vadilərində, düzən torpaqlarında əhali müxtəlif
təsərrüfat işləri ilə məşğul olurdu. Onların təsərrüfat həyatı
haqqında mixi yazılar və arxeoloji materiallar məlumat verir.
Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq
və sənətkarlıqla məşğul olmuşlar.
Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə
xüsusi diqqət yetirilirdi. Van gölünün şimal hissəsində bir neçə
qollara ayrılan suvarma kanalı çəkilmişdi. Bunlardan biri Menua
kanalı adlanırdı. Bu kanal vasitəsi ilə Van şəhəri içməli bulaq
suyu ilə təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş
daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi
yazılarda “Menua kanalı” sözləri aşkar edilmişdir.
Menua işğal olunmuş ərazilərdə yaşayış məntəqələri saldırır
və qalalar tikdirirdi. O, Urartunun baş allahı Haldinin şərəfinə qala
tikdirmiş və onu “Haldi allahının şəhəri” adlandırmışdı. Burada
üzüm tənəkləri saldırmış və həmin bağı “Menuanın üzümlüyü”
adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı. Onun adı
əşyalar üzərində “Menuanın malı” ifadəsi ilə həkk olunmuşdu.
Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi
və təsərrüfat işlərində, habelə hərbi yürüşlərdə istifadə edilirdi. At
çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi.
Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət
sahələri inkişaf etmişdi. Urartu sənətkarları müxtəlif tunc