______________Milli Kitabxana_____________
172
qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd
olunur: "Əgər azad adam ərli qadına barmağını silkələsə və
onunla uşaq kimi rəftar etsə və bu iş üzrə onu təqsirləndirib ifşa
etsələr, onda onun barmağı kəsilməlidir. Əgər o, qadını öpübsə,
onda onun aşağı dodağını baltanın tiyəsinə çəkib kəsmək
lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş ərinin
qardaşı ilə nikahı mövcud idi. Belə hallarda ailə icmasının
bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər
təqsir ərdə olardısa, qadın ər evini tərk edib ata evinə qayıtmaq
hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra qadın onun
borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi.
Bəzən müəyyən şərait nəzərə alınırdı və qadın borcu ödəməkdən
azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna
görə də qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi
qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə xəyanət etmiş,
yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada
kəskin mülki bərabərsizlik mövcud olmuşdu. Bunun nəticəsində
quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki
bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu. İcmanın birliyi
dağılırdı, icma üzvləri müflisləşir, sələmçilərdən asılı vəziyyətə
düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını
kənara satmağa məcbur olurdular. Onlar məcburi əməklə məşğul
olanlar dəstəsinə mənsub idilər. Qullar və məcburi əmək adamları
istismar olunan sinfi təşkil edirdilər.
Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi
geniş tətbiq olunurdu. Dövlət təsərrüfatı işğallar nəticəsində
genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri
ilə təmin edirdi. Belə adamlar yeni qulluq əyanları təbəqəsini
təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına
çevrilirdilər. Onların mülkündə işləyən qulların sayı 30-50 nəfərə
çatırdı. Xırda torpaq sahibkarlığı da mövcud idi. Burada işləyən
qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük
torpaq sahələrinə malik idilər. Məbəd təsərrüfatında qullarla
yanaşı məcburi əmək adamları da işləyirdilər.
|