______________Milli Kitabxana_____________
189
başqa komponentlər iştirak etmişdir. Ariana xoronimi «ari» tayfa
adından əmələ gəlmişdir. Türk dillərində ari - arı «təmiz, alicənab,
kübar «müqəddəs» mənalarını saxlamışdır. «Ari» tayfa adını da
eyni cürə mənalandırırlar. «İran» adında isə «ir» etnonimi və an
cəm şəkilçisi iştirak edir. Etnonim «ir» qədim türk dillərində ər, er
sözlərinin digər fonetik forması olmaqla, «kişi, cəsur, qoçaq»
mənalarını daşıyırdı. «Arı» və «ir» sözləri ancaq türk dillərində
qalmışdır.
Hind-İran tayfaları birliyi e.ə. II minilliyin sonu-I minilliyin
əvvəlində parçalanmışdı. İrandilli tayfalar cənub-şərqi Avropadan
hərəkətə başlamış, bir qismi Orta Asiyaya getmiş, digər qismi isə
Qafqaz dağlarını aşaraq İran yaylasına gəlmişdir. İkinci ehtimala
görə, onlar Orta Asiyadan hərəkət edərək İran yaylasında tədricən
məskunlaşmışlar.
Tarixi-filoloji dəlillərə əsaslanan başqa ehtimala görə, Hind-
Avropa dil birliyi Ön Asiyada Hind və İran qollarına parçalanmış,
Hind dilini daşıyan etnoslar Hindistana yönəlmiş, İran dillərində
danışanlar isə İran yaylasında məskən salmışdır. Eyni zamanda
müxtəlif dövrlərdə İrandilli tayfaların bir qismi Qafqaza və Orta
Asiyaya hərəkət etmişdir.
Hələ e.ə. III-II minilliklərdə İran ərazisində müxtəlif
dövlətlər meydana gəlmişdi. Əsrlər keçdikcə həmin dövlətlər bir-
birini əvəz etmişdir. Aratta, Lullubi, Kuti, Elam, Midiya, Urartu,
Manna, Əhəmənilər, Atropatena, Sasanilər və s. dövlətlər tarix
səhnəsinə çıxmış, bəzisi isə uzun müddət ömür sürmüşlər. Həmin
dövlətlərin ərazisində yaşayan xalqların mədəniyyətində eyni
cəhətlər çox olmuşdur. E.ə. I minillikdə zərdüştilik qəbul
edildikdən sonra bu özünü mədəniyyətdə də göstərmişdir. Həmin
dinin müxtəlif xalqlar tərəfindən qəbul edilməsi onların
mədəniyyətinin formalaşması işində müxtəlif xalqların iştirak
etməsinə böyük təsir göstərmişdir.
Məlum olduğu kimi, İranın ən qədim əhalisi müxtəlif
allahlara sitayiş edirdi. Qədim Elamda allahlar panteonu mövcud
idi. Qaynaqlar Urmiyyə gölü sakinlərinin dini dünyagörüşü barədə
çox cüzi təsəvvür yaradır. Burada çoxallahlılıq-politeizm, bütlərə
sitayiş mövcud olmuşdur. Tarixi faktlar sübut edir ki, assurilər
|