______________Milli Kitabxana_____________
321
bürcü barədə məlumat verilmişdir. Planetlər üzərində müşa-
hidələr aparılırdı. E.ə. 104-cü ildə ilin davamiyyəti hesablandı. İl
365.25 günə bərabərləşdirildi. Bu yeni təqvim 85-ci ilə qədər
tətbiq olundu. Bu təqvimə görə il 12 aydan ibarət idi. Təbabət
inkişaf edirdi. Hələ e.ə. IV-III əsrlərdən iynəbatırma ilə müalicə
metodundan istifadə edirdilər. Təbabətə aid əlyazmaların birində
52 xəstəliyin (məsələn, qıcolma, əsəb pozğunluğu, qızdırma,
yırtıq, qadın və uşaq xəstəlikləri və s.) 280 müalicə üsulu
göstərilirdi. Çin qədim tarixi, mədəniyyəti, fəlsəfəsi olan bir
ölkədir. Hələ e.ə. Şan-in dövlətində təsərrüfatda quldarlıq
münasibətləri hökm sürürdü. Döyüşlərdə əsir tutulan qul
əməyindən əsasən maldarlıqda, müəyyən qədər əkinçilikdə,
həmçinin ev təsərrüfatında və tikintidə istifadə olunurdu. Həmin
dövrdə əkinçilikdə qan qohumluğuna əsaslanan icmalar
(patronimiya) mühüm rol oynayırdı. Şan-İn dövründə və onun
yerinə gələn Çjou sülaləsi dövründə dini-mifoloji dünyagörüşü
hökm sürürdü. Artıq qeyd etdiyimiz kimi, Çin miflərinin
fərqləndirici cəhətlərindən biri oradakı allahların və ruhların
zoomorf xarakteri idi. Ona görə də qədim Çin allahları
heyvanlar, quşlar, balıqlar ilə çox oxşar idi və əksəriyyəti yarım
heyvan və yarım insan şəklində təsvir olunurdu. Həmin
panteonda əsas yeri Şan-Di tuturdu. Bütün allahlar və ruhlar ona
tabe idi. Onun iradəsi qarşısında külək, yağış, bulud və şimşək
ruhları aciz hesab olunurdular. Lakin Şan-di təkcə baş allah
olmayıb, qədim çinlilərin təsəvvürünə görə onların əcdadları və
hamiləri idi. Miflərə görə İn tayfasının əcdadı Şan-di olmuşdur.
Çox vaxt Şan-di obrazında səmanın şəxsləndirilmiş ilahi
qüvvəsi təcəssüm tapırdı. Qədim çinlilər belə hesab edirdilər ki,
dünyada hər şey Səmanın iradəsindən asılıdır və eyni zamanda
«səmanın iradəsi» fala baxmaq və digər əlamətlərlə müəyyən
edilir. Dini-mifoloji təsəvvürlər icma əyanlarının ağalığı sistemini
təbliğ edirdi. Hakim öz təbəələri qarşısında səma oğlu kimi
tanınırdı. Qədim çin dinlərində əcdadlara, qəhrəmanlara etiqad
mühüm yer tuturdu. İnsanların ruhlarla və əcdadlarla «əlaqəsi»
çox ciddi şəkildə nizamlanaraq nəzarət altında saxlanılırdı.
İnsanlarla allahlar və ruhlar arasında birinci vasitəçi hökmdar özü
|