Toxuma prosesi. Boyaqdan çıxandan sonra çillə daha bir sıra texniki emal
prosesindən keçirdi. Belə ki, qaynar Ģirabda biĢirilərkən çillə tellərini Ģax saxlayan
təbii yapıĢqanın xeyli hissəsi əridiyindən ipək telləri öz elastikliyini itirirdi. BiĢmiĢ
ipəyin bu vəziyyəti Ģərbaflar arasında "ölü adlanırdı. Ölü ipəyin telləri bir-birinə
qarıĢaraq dolaĢıq düĢürdü. Çillə ipəyi yenidən özünün ilkin keyfiyyətini kəsb
etmək üçün gön yapıĢqanı və buğda niĢastasından hazırlanmıĢ "Ģü-niĢasta" adlanan
məhlula salınırdı. Bu yolla "dirilmiĢ" çillələr qələməklərə bölünmək üçün kəraçıya
verilirdi. Bu məqsədlə çillə əvvəlcə iki qismə ayrılır, sonra onların hər biri 4 və ya
5 qələməyə bölünürdü. 4-5 nəfərin köməyi ilə icra olunan bu əməliyyat nəticəsində
çillə, hər birində eyni sayda ipək teli olmaqla 8-10 qələməyə bölünürdü.
Qələməklərdə ipək tellərinin miqdarı bu və ya digər məmulat növünün
(yaxud) onun çeĢidinin istehsal texnologiyasına (çərto, səto, lingə) [241] əsasən
müəyyən olunurdu. Sıx toxuma texnologiyası əsasında hazırlanan "çərto"
qanovuzun, yəni 4 ədəd ipək telindən tovlanmıĢ çilləsinin hər qələməyində 16
mərrə, yəni 200x16=3200 ədəd ipək teli olurdu. "Səto" yəni 3 teldən ibarət
467
tovlanmıĢ çillədən toxunan qanovuzun hər qələməyi 12 mərrədən, "lingə", baĢqa
sözlə, 2 teldən tovlanmıĢ qanovuzun çilləsi isə 8 mərrədən ibarət hazırlanırdı.
ġərbaflıq sənətində bu bir "bəstan iĢ" sayılırdı. Bu halda qanovuzun çeĢidlərinin
hamısında qələməklərin sayı sabit (10 ədəd) qalırdı. Kəraçi çilləni Ģərbafdan
alarkən onun hansı məqsəd üçün istifadə olunacağı barədə xəbərdar edilirdi.
Ġpək parçaların bir qismi "taxta-micə" texnikası ilə toxunduğundan onların
çilləsində əsas qələməklərlə yanaĢı, məmulatın naxıĢ dekorunu əmələ gətirən
müxtəlif rəngli ipək telləri sarınmıĢ yardımçı qələmçələr də iĢlənirdi. Bir bəstan
iĢin çillə tellərini nirə-Ģanaya düzmək üçün "iĢ" tərraha verilirdi.
Çillə telləri müəyyən qaydada, əvvəlcə nirə linkələrindən, sonra isə qoĢa halda
Ģana dəndələrinin arasından keçirilirdi [242]. ġərbaflıq sənətində bu əməliyyat "iĢin
tutulması" adlanırdı (XXXIV tablo).
ġərbaf nirə-Ģanaya tutulmuĢ iĢi tərrahdan geri alandan sonra onu kargər və pəs-
təkarın köməyi ilə dəzgaha qoĢdurub, "arĢınnüma" və ya "ədədi" olmaqla, müvafiq
ipək məmulatı toxutdururdu.
Xam ipəkdən hazırlanan məmulat növləri (mov, darayı, atlaz, qanovuz, tafta,
çarĢab, kəlağayı və s.) bir qayda olaraq mütəhərrik ipək dəzgahlarında toxunurdu.
Böyük təkamül yolu keçmiĢ mütəhərrik Ģərbaf dəzgahlarının bəzi nümunələri
(yezdimo, dördayaq, kəlağayı dəzgahi) zəmanəmizədək gəlib çatmıĢdır.
469
Nirə-Ģana sisteminə malik olan ipək dəzgahlarının tipik növü yezdimo olmuĢ-
dur. Dəzgah karxananın döĢəməsində qazılmıĢ "paçal" adlanan xüsusi çala üzərində
qurulurdu. Yezdimonun mütəhərrik hissəsi iki cüt nirə, bir çüt təpkən, məkik, nəvərd və
külkə-bağaralardan ibarət idi. Yezdimonun sabit hissələri çalanın kənarına basdırılmıĢ 2,5
m uzununda bir cüt dəstək, onlan karxananın divarının üst kətilinə və tavanına bərkidən qol
və ulama ağacından, qolların üzərində köndələn dayanan peĢənək adlanan asqı
ağacından, təpkən künəsi və yezbənddən ibarət idi. Çillə telləri düzülmüĢ nirələr 4 cüt
xırda və 4 ədəd iri külkə-bağara vasitəsilə peĢənəkdən asılırdı. Nirələrin alt qolları bir
cüt şüftir vasitəsilə təpkən taylarına birləĢirdi.
Yezdimo kompleksinə daha bir sıra yardımçı ləvazimat (qaç-qaç, xərək, çarpaz
qarğıları, mumal ağacı, kan çubuğu, karvankeş, mətid, pəlkeş, nümnümə və s.) daxil idi.
Çillənin dəzgaha quraĢdırılması, baĢqa sözlə, "iĢin bara çəkilməsi" əməliy-
yatını kargər, adətən, pəstəkarla köməkli görürdü.
Çillə tellərinin nirə və Ģanadan iliĢmədən keçməsini təmin etmək üçün pəstə-
kar onun üzərinə əvvəlcə "Ģü" adlanan yapıĢqan məhlulu piləyir, sonra isə mumal ağacı
vasitəsilə arı mumu sürtürdü [243]. Bunun sayəsində çillə tellərinin sürüĢkənliyi
artırdı.
470
DolaĢıq düĢmüĢ çillə tellərini açıb nizamlamaq üçün pəstəkar baĢ və Ģəhadət bar-
mağının ucu ilə tellərin müəyyən qismini tutub ehmalca dartır və qəflətən buraxırdı.
"Pəzvurma", yaxud "dükçatma" adlanan bu əməliyyat nəticəsində çillə telləri nizama
düĢürdü. Toxuma prosesində sınmıĢ tellər çitrə (ağac yapıĢqanı) və pürüz (ipək qırıntısı)
vasitəsilə uc-uca calanıb öz yerinə salınırdı. Pəstəkarın icra etdiyi bu əməliyyat
"pürüzləmə" adlanırdı.
Ġpək parça istehsalının həlledici mərhələsi "putatma" adlanan toxuma prose-
sindən ibarət idi. Bu iĢlə bilavasitə kargər, bəzən isə Ģərbaf özü məĢğul olurdu.
Bunun üçün Ģərbaf özü, yaxud kargər dəzgahın oturacağında əyləĢib təpkən
vasitəsilə nirələri endirib-qaldırdıqca çillə çarpazlarının alt və üst tayları aralanıb "ağız
açırdı". Bu anda o, məkiyi sağ əli ilə sola və ya əksinə ötürməklə, lülədən çözələnib
açılan ara ipəyini çarpaz taydarının arasına salır və dəftin vasitəsilə vurub qabağa
gətirirdi. Sonra sağ ayağını basmaqla, növbəti nirə lingələrini aĢağı endirib, çillə
taylarına yenə də "ağız" açdırırdı. Bu dəfə o məkiyi sol əli ilə sağa atır və ara ipəyi
növbəti çarpazın ağzına düĢən kimi dəftini özülə tərəf dartmaqla ipək telini
əvvəlkinin yanına sıxlaĢdırırdı.
Bu qayda ilə putatma, yəni toxuma əməliyyatı davam etdirilərdi. Çillə telləri
müəyyən qədər toxunandan sonra pəlkeĢ vasitəsilə nəvərd fırladılaraq hazır hissə ona
dolanırdı. Parçanın toxunmuĢ hissəsi nəvərdə xeyli dolandıqda kargərin iĢləməsinə
mane olurdu. Ona görə də parçanın hazır hissəsi kəsilib götürülürdü. Dəzgah yenidən
nizamlanandan sonra toxuma əməliyyatı öz qaydası ilə davam etdirilərək, 150-200 m
uzunluğunda olan bir "bəstən iĢ"in çilləsi tamam toxunub baĢa çatdırılırdı.
Dostları ilə paylaş: |