Èëéàñ Òàïäûã
156
Bənövşələr
Bənövşə xatirinə
Kol dibinə iz düşdü.
İlyas Tapdıq
İlk baharda narın qarı
Yarıb keçər bənövşələr.
İnci kimi damlaları
Bir-bir içər bənövşələr,
Meh toxunar üzlərinə.
Nur ələnər gözlərinə.
Kol
dibini özlərinə
Məskən seçər bənövşələr.
Ürək ondan necə doya,
Dözmür yaza, qalmır yaya.
Vaxtlı gəlib
bu dünyaya,
Vaxtsız köçər bənövşələr.
Hüseyn Arif
İki bulağı var...
İki bulağı var İlyas Tapdığın –
Biri köksündədir, biri dağdadır.
O da Gədəbəyin - ülvi torpağın
Oğlu tək günbəgün ucalmaqdadır!
Doğma yurd, el-oba razıdır ondan,
Təzə yol çəkdirib, körpü çəkdirib.
Qızı Şəbnəmin də mahnılarından
Çələng düzəltdirib...“Cəngi” çaldırıb.
Áèáëèîãðàôèéà
157
Hərdən qarşılayar
qonaq gələni, -
Təkcə söz ilə yox, hətta güllərlə.
Çoban dostlarının sıxıb əlini.
Şınıxda görüşür döyüşçülərlə.
İlyas – xeyirxahlıq, saflıq carçısı,
Yazıb gözəllikdən azı min əsər;
Kamran Rzazadə mahal başçısı
Neçə qoşmasını söyləsin əzbər!
Suyunu içdiyi çeşmə saf, təmiz –
Yayda
diş dondurar, qışda istidir;
Mübarək qədəmi uğurlu, əziz.
Nəfəsi kimsəsiz evi isidir.
İki bulağı var İlyas Tapdığın –
Biri köksündədir, biri dağdadır.
O da Gədəbəyin - ülvi torpağın
Oğlu tək günbəgün ucalmaqdadır!
Dostları ilə paylaş: