TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə103/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   99   100   101   102   103   104   105   106   ...   157
Sənətkarlıq.  Qazıntılar  nəticəsində  dulus  kürələrinin  və  çoxlu  gil  qabların 

tapılması  sübut  edir  ki,  qədim  Qafqaz  Albaniyasında  keramik  məmulat  istehsalı  geniş 

yayılmışdı.  Dulus  kürələri  ölkənin  bütün  ərazisində  aşkara  çıxarılmışdır.  Mingəçevir 

kürələri  daha  mükəmməl  öyrənilmişdir;  Kür  çayının  sahilində  dulus  kürələrinin  sıx 

yerləşməsi vaxtilə burada iri dulusçuluq mərkəzi olduğuna dəlalət edir. Kürələr Alazan 

çayı  ilə  Əyriçayın  qovuşduğu  yerin  yaxınlığında  -  Torpaqqalada  da  qeydə  alınmışdır. 

Dulusçular qabaqcadan lazımi qədər gil tədarük edirdilər; gil yataqları həm torpaq, həm 

də  küp  qəbirlər  mədəniyyətinin  yayıldığı  ərazidə  vardır.  Əşyalar  hazırlamaq  üçün 

işlədilən  gil  adətən  yaşıla  çalan  açıq  sarı  rəngdə  olur.  Bitki  qatışığı  ilə  bu  cür  gildən 

yapılan qablar bişiriləndə sarımtıl, çəhrayı və qırmızımtıl rəng alır ki, bu da küp qəbirlərdən 

və çiy kərpic qəbirlərindən çıxan keramikanı son tunc dövrünün və ilk orta əsrlərin gil 

məmulatından  fərqləndirir.  Görünüşündən,  xüsusilə  təzə  sınıq  yerindən  məlum  olduğu 

kimi, qablar yaxşı qurudulmuş gildən düzəldilirdi. Müxtəlif gillərin xassələrindən asılı 

olaraq,  məmulat  bişirildikdən  sonra  müxtəlif  rəng  alırdı.  Qədim  əhalinin  sakin  olduğu 

hər bir iri rayona yerli gildən hazırlanan keramikanın spesifik rəng çalarları uyğun gəlirdi. 

Tərkibində cüzi miqdarda xırdadənəli yağsızlaşdırıcı qum olan gildən hazırlanmış açıq və 

tünd rəngli qablar torpaq qəbirlərdən çıxarılmış kiçik ölçülü keramika üçün səciyyəvidir. 

Bu  məmulat  Alazan,  Türyan  və  Pirsaat  çaylarının  sahillərində,  habelə  Muğanın  torpaq 

qəbirlərində intişar tapmışdır. Yaloylutəpə tipli torpaq qəbirlərdə aşkar edilmiş iri ölçülü 

keramika  üçün  əsasən  qurutma  və  bişirmə  zamanı  deformasiyanın  qarşısını  alan  xeyli 

miqdarda iridənəli qum qarışmış açıq rəngli gil səciyyəvidir. Belə keramikaya başlıca 

olaraq  Türyançay  sahillərində  və  qismən  küp  qəbirlərin  intişar  tapdığı  bütün  ərazidə, 

habelə  Kür  çayından  cənubda  təsadüf  edilir;  bu  məmulat  yağsızlaşdırıcının  çox  olması  ilə 

fərqlənir.  Kür  ilə  Alazan  qovşağından  cənubda  yerləşən  rayon  öz  məmulatı  ilə  diqqəti 




293 

 

xüsusilə cəlb edir. Sabirabad yaxınlığında küp qəbirlərdən tapılan keramika qatışığı az 



olan  gildən  hazırlanmışdır.  Həm  qara,  həm  açıq  rəngli    keramikanın  gil    kütləsinin 

keyfiyyəti    eynidir,  hər  ikisinin  tərkibində  silisium,  alüminium,  dəmir,  kalsium, 

maqnezium, oksigen, kükürd və başqa elementlər vardır; qara keramikanın gil kütləsində 

alüminium  daha  çoxdur.  Küp  qəbirlər  keramikasının  yayıldığı  zona  üçün  tərkibində 

xırdadənəli  və  iridənəli  qumdan  ibarət  az  miqdar  yağsızlaşdırıcı  olan  açıq  rəngli  gil 

səciyyəvidir. 

Həm  təsərrüfat,  həm  də  qəbir  küpləri  istehsalında  istifadə  edilən  iri  ölçülü 

məmulat  üçün  çoxlu  yağsızlaşdırıcı  işlədilirdi.  Kiçik  ölçülü  keramika  məmulatına  isə, 

əksinə, yağsızlaşdırıcı az tətbiq edilirdi. Böyük küplər hazırlananda gil kütləsinə yalnız 

iridənəli  qum  deyil,  həm  də  şamot-döyülmüş  saxsı  qatırdılar.  Çiy  kərpic  qəbirlərin 

zonasına gil Gəncəçay vadisindən gətirilirdi. Bu gildən hazırlanan məmulatın rəngi tünd 

boza  çalırdı,  çox  vaxt  qabın  üstü  başdan-başa  tünd  xallarla  örtülürdü.  Keramikanın 

texnoloji  xüsusiyyətlərinin  öyrənilməsi  göstərir  ki,  dəfn  mərasiminin  hər  növü  üçün 

özünəməxsus  hazırlanma  texnikası  olan  gil  qab  səciyyəvidir  ki,  bu  da  qədim  Qafqaz 

Albaniyasının mədəniyyətlərini bir-birindən fərqləndirməyə imkan verir. 

Kirəmitçilik  saxsı  qab  istehsalı  ilə  sıx  bağlıdır.  Çaqqallıda  (Qəbələ  zonası) 

qazıntı  zamanı  çoxlu  bütöv  kirəmit  və  külli  miqdarda  kirəmit  qırıntıları  tapılmışdır. 

Bunlar yastı solenlərdir (təqribən 64/66x40/46x3 santimetr). Habelə ikienişli (təqribən 

70/74x44/42x2 santimetr) və novlu (təqribən 55x26/30x2 santimetr) kalipterdir. İstehsal 

prosesində  hazır  gil  kütləsindən  arzu  olunan  kirəmit  alınır,  qurudulur  və  keramika 

sobasına  qoyulurdu.  Açıq  boz  və  açıq  qırmızı  rəngli  kirəmitlər  yaxşı  duruldulmuş  açıq 

rəngli  gil  ilə  cüzi  miqdarda  yağsızlaşdırıcının  qatışığından  hazırlanırdı.  Dulusçular 

çəkisi  çox  ağır  gələn  (təqribən  12-15  kiloqram),  lakin  əla  dam  örtüyü  olan  kirəmit 

bişirirdilər.  Xınıslıda  kirəmit  qırıqları  aşkar  edilmişdir.  Seyidtala  qədim  şəhər 

xarabalığında  da  bu  cür  kirəmit  (62x43x2,5)  tapılmışdır.  Belə  solenlər  və  novlu 

kalipterlər Mollaisaqlıda və Şıxdərə Kəlləsində də aşkara çıxarılmışdır. 

Bişirmə sobalarında daha kiçik gil əşyalar: iy, qursa, ayin əhəmiyyəti olan kiçik 

gil heykəlciklər də bişirilirdi. Qədim Albaniya qəbiristanlarında və məskənlərində tapılan 

keramika  məmulatının,  habelə  dulus  sobalarının  kütləvi  xarakter  daşıması  qədim 

Qafqaz Albaniyasında keramika istehsalının geniş miqyas aldığını göstərir. 

Mis  filizi  çıxarılan  qədim  mədənlərin  mövcud  olması,  arxeoloji  qazıntılar  zamanı 

çoxlu  metal  məmulat tapılması göstərir ki, qədim  Qafqaz  Albaniyasında  əmək  alətləri, 

silahlar  və  bəzək  şeyləri  istehsalı  yüksək  sənətkarlıq  səviyyəsində  aparılırmış. 

Qəbirlərdə  aşkara  çıxarılan  əşyalar  ölkədə  dəmir,  tunc,  qızıl  və  gümüş  məmulatı 

istehsalının  inkişaf  etdiyini  təsdiqləməyə,  albanların  metalişləmə  üsulları  haqqında 

mühakimə yeritməyə imkan verir. 

Qədim Albaniyada metaldöymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş 

yayılmışdı.  Metal  iki  üsulla-qızdırılaraq  və  ya  soyuq-soyuq  döyülürdü.  Birinci  üsulla 




294 

 

işləyəndə  metalı  kürədə  qızdırıb  zindanda  bir  və  ya  bir  neçə  çəkiclə  döyürdülər-qədim 



albanlar  və  qonşuları  dəmiri  əsasən  bu  cür  emal  edirdilər.  İstidöymə  üsulu  bir  çox 

əmək  alətləri  və  silahlar  istehsalında  tətbiq  edilirdi.  Albanlar  qəbirə  çox  zaman  ölü  ilə 

birlikdə  oraqlar  və  oraqşəkilli  bıçaqlar,  habelə  xəncərlər, qılınclar,  yabalar, ox,  nizə və 

mizraq ucları da qoyurdular. Albaniya qəbirlərindən tapılmış çoxlu üzüklərdə, sırğalarda, 

qolbaqlarda, toqqalarda, tökmə, döymə və digər proseslərin birgə tətbiqi ilə hazırlanmış 

digər bəzək əşyalarında isti emalın izləri vardır. Bəzək şeylərinin ayrı-ayrı hissələri çivi 

və ya lehim ilə birləşdirilirdi. Bəzək şeylərinin xeyli hissəsi - sırğalar, üzüklər, qolbaqlar, 

boyunbağılar,  zınqırovlar  -  soyuq  emal  üsulu  ilə  hazırlanırdı.  Emalın  başqa  bir  üsulu 

metalda  naxışaçma  idi.  Hazır  metal  məmulatın  naxışlarını  rəsm  əsasında  üst  və  ya  alt 

üzündəki alətə zərbə vura-vura həkk edirdilər. Metalda naxış açmaq texnikası haqqında 

müxtəlif  qəbirlərdə  aşkar  edilmiş  azsaylı  əşyalara  -  sikkələrə,  yüksək  əyarlı  qızıldan 

düzəldilmiş  nazik  lövhəciklərə  görə  mühakimə  yürütmək  olar.  Metal  emalının  ən  çox 

zəhmət  tələb  edən  üsullarından  biri  açıq  və  ya  açılıb-örtülən  qəliblərə  metal 

tökülməsidir. 

Tunc,  gümüş  və  qızıl  əşyalar  qədim  alban  ustalarının  zərgərlik  sənətinin 

texnologiyasını ətraflı izləməyə imkan verir. 

Antik  Albaniyada  sənətlərin  digər  növləri  də  inkişaf  etmişdi.  Arxeoloji  material 

sümükişləmə  və  ağacişləmə  sənətinin  səviyyəsi  haqqında  mühakimə  yürütməyə  imkan 

verir. Daşişləmə sənətinin inkişaf etməsi də şəksizdir. 

Təəssüf  ki,  antik  Albaniyada  toxuculuq  haqqında  məlumatımız  kasaddır.  Şübhə 

yoxdur ki, burada qoyun və dəvə  yunundan  istifadə olunurdu. Qazıntılar zamanı çoxlu 

qırxılıq  tapılmışdır.  Bu  cür  dəmir  qırxılıqlar  Azərbaycanda  indi  də  tətbiq  olunur.  Elian 

Kaspiana ərazisində yun və yun paltar istehsalı haqqında məlumat verir: "[onlarda] dəvə 

olduqca çoxdur... gözəl yunu vardır; dəvə yunu çox zərifdir, belə ki, yumşaqlıq cəhətdən 

hətta Milet yunundan da geri qalmır. [Bu yundan] tikilmiş paltarı hiyerevslər və ən varlı 

kaspilər geyirlər...". Görünür ki, dəvə yunundan olan paltar yüksək qiymətləndirilirdi və 

yəqin ki, alver malı idi. 

İplik istehsalının başqa bir mənbəyi kətan idi. Qabığı o qədər bərk olmayan bu 

biçimli,  elastik,  gövdəsi  kövrək  bitkiyə  insan  çoxdan  diqqət  yetirmişdi.  İstehsal 

prosesində kətanı əvvəlcə əlləri ilə didir, sonra lifindən sap eşir və yalnız bundan sonra 

iyə sarıyırdılar.  

Kətan parçalardan qədim Qafqaz Albaniyasında geniş istifadə olunurdu. Küp və 

çiy  kərpic  qəbirlərdən  tapılmış  əl  və  ayaq  bilərziklərində  oksidləşmə  nəticəsində 

parçanın aydın izləri qalmışdır. Mingəçevirdə qoşa küp qəbirlərin birində sap qalıqları 

ilə  birlikdə  piləklər  aşkar  edilmişdir.  Tədqiqat  göstərmişdir  ki,  Mingəçevirdə  tapılan 

parça qırığı nazik kətan parçanın kəsiyidir. Başqa bir qəbirdə gümüş toqqa üzərində kətan 

parçanın  qalıqları  aşkar  edilmişdir.  Xınıslıda  dəmir  toqqada  parça  qırıqları  qalmışdır. 

Mingəçevir  küp  qəbirlərindən  tapılan  kətan  parça  hər  sırada  arğacı  bir  ərişin  üstündən 




295 

 

aşırıb o biri ərişin altından keçirmək üsulu ilə toxunmuşdur. Xalça ilmələri ilə toxunan 



parçalar da olmuşdur. Küpdə dəfn edilmiş yeniyetmə bir qızın paltarı qədim Albaniyada 

kətan  parçaların  olması  haqqında  fikir  söyləməyə  imkan  verir:  qızın  qırmızı  dəri 

başmaqları  və  eynilə  kəməri,  parçadan  tikilmiş,  hər  balağına  iki  tunc  bilərzik 

keçirilmiş dizliyi vardı. Dizliyin üstündən ətəklik (yubka) geymiş, beldən yuxarıda isə 

əynində kofta və tor ilmələrinin izləri qalmışdı. Qollarına qolbaqlar və sapa düzülmüş 

muncuqlar  taxılmışdı,  boynunda  da  muncuq  çox  idi.  Albanlarda  əl  iyinin  quruluşu  son 

dərəcə  sadə  idi  -  kələfbənd  taxta  ilə  milə  geydirilirdi.  Məlumdur  ki,  əyirmə  zamanı 

kələfbəndi  və  ona  keçirilmiş  taxta  mili  adətən  sağa  hərləyirlər.  Azərbaycanda  bu 

əyirmə üsulundan indi də istifadə edilir. Təmizlənmiş, əl ilə didilmiş yunu hər hansı bir 

əşyaya  bənd  eləyib,  ipi  iyə  sarıyırlar.  Eramızdan  əvvəl  I  minilliyə  aid  edilən  sadə 

toxuculuq  dəzgahlarının  ayrı-ayrı  hissələri  Mingəçevir  və  Babadərvişin  katakomba 

qəbirlərində aşkar edilmişdir. Dəzgahların ayrı-ayrı hissələri ilə yanaşı, sümük çubuqlar 

da  tapılmışdır.  Qəbirlərdən  tapılmış  parça  qırıqları  söyləməyə  irnkan  verir  ki, 

toxuculuq antik Albaniyanın inkişaf etmiş sənətlərindən biri olmuşdur. 

Bir qədər sonralar Albaniyada pambıq və ipək parçalara rast gəlinir. 

Sənət  növləri  bunlarla  bitmir.  Səhih  mənbələrin  olmaması  Qafqaz  Albaniyasında 

dabbağlıq,  dərzilik  haqqında  mühakimə  yürütməyə  imkan  vermir.  Hərçənd  arxeoloji 

material içərisində bəzən bu sənətlərin zəif izlərinə təsadüf edilir. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin