TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Ayinlər. Etiqad və adətlər



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə38/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   34   35   36   37   38   39   40   41   ...   157
Ayinlər. Etiqad və adətlər. Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada ilk 

tunc  dövrü  ayin,  adət  və  sairədə  yeni  xüsusiyyətlərin  yaranması  ilə  səciyyələnir. 

Məhsuldar  qüvvələrin  inkişafı  ona  gətirib  çıxarır  ki,  təsərrüfat-məişət  həyatında 

qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən 

kişinin  cəmiyyətdə  mövqeyi  xeyli  artır,  qadına  pərəstişi  doğuran  zəmin  sarsılır. 

Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır. 

Kişiyə  pərəstiş  oda  pərəstişlə  əlaqələndirilir.  Məhsuldarlıq  rəmzi  kimi  gil 

manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları 

məlumdur.  Dəfn  adətlərində  kişiyə  pərəstiş  aydın  müşahidə  edilir.  Qəbilə  başçıları 

axirət  aləminə  çox  təmtəraqlı  mərasimlə  müşayiət  olunur.  Onların  qəbirləri  üzərində 

böyük kurqanlar qurulur. 

İlk  tunc  dövründə  dəfn  adətində  də  dəyişikliklər  baş  verir:  ölülər  heç  yerdə 

yaşayış  yeri  ərazisində  basdırılmır,  onlar  xüsusi  seçilmiş  yerlərə  aparılırdı.  Belə 

qəbiristanlarda  ayrı-ayrı  ailə  və  nəslə  aid  dəfn  abidələri  tikilirdi.  Belə  abidələr, 

görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır. 



95 

 

Xankəndinin  qarşısında  tədqiq  olunan  kurqanların  hərəsində  40-50  ölü 



basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri 

4,5  m-ə  çatan  dairəvi  meydançalar  olmuşdur.  Orada  bükülü,  oturaq  və  arxası  üstdə 

uzadılmış ölülərə təsadüf olunmuşdur. Bir çox hallarda ölülərin başı altına gil camlar 

və ya daş qoyulmuşdur. 

Dəfn  olunanlar  sağlığında  istifadə  etdiyi  əşyalarla,  o  cümlədən  daşdan, 

metaldan  və  sümükdən  əmək  aləti,  eləcə  də  qızıl  və  başqa  bəzək  əşyaları,  içərisinə 

azuqə qoyulmuş qab-qacaqla basdırılmışlar. Burada keçi skeletinə də rast gəlinmişdir. 

Xankəndi  kurqanlarının  birinin  tədqiqi  Azərbaycanın  İlk  Tunc  dövründə  bu  rayonda 

yaşamış  əhalinin  dəfn  adətlərinin  və  dini  təsəvvürlərinin  maraqlı  xüsusiyyətlərini 

aşkar etdi. Qəbir meydançasının bir yarısında ölülər sadəcə basdırıldığı halda, o biri 

yarısında  ölülər  yandırılmışdır.  Bu  dövrdə  ölüyandırma  adəti  Gəncəçay  hövzəsi 

abidələrindən  də  məlumdur.  Orada  kurqan  qəbirlərinin  dairəvi  meydançası 

XƏNDƏKLƏ 

əhatə  olunmuşdur.  Xəndəklərin  birində  22  dirəkdən  istifadə  edərək 

meydança  ətrafına  divar  çəkmişlər.  Başqa  bir  kurqanda  qəbirin  divarı  daşla 

hörülmüşdür.  Bu  kurqanlann  qəbirlərində  ölüyandırma  adəti  müşahidə  edilmişdir. 

Gəncə  şəhəri  yaxınlığındakı  bir  kurqan  qəbrində  insan  sümükləri,  ağac  kömürü,  kül, 

qab  parçaları,  daşlar  və  başqa  qalıqlar  güclü  yanmadan  bərkimiş  kütlə  əmələ 

gətirmişdir. 

Xanlar rayonunda bir kurqanda isə ölüyandırma sal daş üzərində aparılmışdır, 

orada  çoxlu  ağac  kömürü,  kül  və  yanmış  insan  sümükləri  qalmışdır.  Ölüyandırma 

adəti  Azərbaycanda  Oğuz  və  Qəbələ  rayonlarında  da  qeydə  alınmışdır.  Qəbələ 

yaxınlığında  tədqiq  edilən  iki  kurqanın  qəbirlərində  kömür  və  kül  qalıqlarının 

olmaması  ölülərin  yandırılmasında  yağdan  və  ya  neftdən  istifadə  olunduğunu 

söyləməyə  əsas  verir.  İki  qəbirdə  26  ölü  yandırılmışdır.  Qəbirlərin  birinin  şərq 

hissəsində, çox güman ki, dəfn mərasimi ilə əlaqədar daş səki qurulmuşdur. 

Maraqlıdır  ki,  Qafqazın  başqa  rayonlarında  o  dövrdə  belə  dəfn  adəti 

yayılmamışdı. İraqı çıxmaq şərtilə, Qədim Şərq ölkələrində də bu adət məlum deyil. 

Mesopotamiyanın  tarixində  ilk  dəfə,  ölüyandırma  adəti  Şimali  İraqda  Xalaf 

mədəniyyətinə aid II Yarımtəpə yaşayış yerində müşahidə olunmuşdur. Azərbaycanda 

ölüyandırma  ölübasdırma  adəti  ilə  yanaşı,  sonrakı  dövrlərdə  də  tətbiq  olunur. 

Ölüyandırma  həm  də  tək  ölü  basdırılan  qəbirlərdə  də,  məsələn,  İlk  Tunc  dövrü  bir 

Xaçbulaq  kurqanında  müşahidə  edilmişdir.  Ölülərin  kütləvi  yandırılması 

Şamxorçayın  Kürə  töküldüyü  Osmanbozu  adlı  yerdə,  həm  də  Tərtər  rayonunun 

Borsunlu  kəndi  yaxınlığındakı  kurqanlarda  aşkar  edilmişdir.  Ölüyandırma  adətinə 

Azərbaycanın Böyük və Kiçik Qafqaz sahəsi arasında eramızdan əvvəl III minillikdə 

geniş ərazidə məskunlaşmış Azərbaycan əhalisinin möhkəm etnik əlamətlərindən biri 

kimi baxılmalıdır. İlk tunc dövrü əhalisinin həyatında bir sıra etiqadlar və dini adətlər 

möhkəmlənir. Belə ki, Babadərviş yaşayış yerində bir quyu yanmış öküz sümükləri ilə 



96 

 

dolu  idi.  Ehtimal  etmək  olar  ki,  öküz  qurban  ayini  ilə  əlaqədar  mərasimdə 



yandırılmışdır.  

Kür-Araz  mədəniyyəti  yaşayış  yerlərində  ev  heyvanlarının,  xüsusən  çox 

əhəmiyyət  verilən  öküzün  gildən  hazırlanmış  fiqurlarına  dəfələrlə  rast  gəlinmişdir. 

Orijinal  formalı  iki  öküz  fiquru  Babadərviş  evlərinin  birində  ocaq  kənarında 

tapılmışdır.  Başqa  bir  evdə  ocaq  kənarında  öküz  buynuzlarını  təqlid  edən  gil 

sacayaqlara  rast  gəlinmişdir.  Buynuzvari  sacayaqların  və  öküz  fiqurlarının  tez-tez 

tapılması öküzə pərəstişin Zaqafqaziyada geniş yayıldığını göstərir. 

 

 




97 

 

V   FƏSİL 



 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin