425
III
Bu gün səhər bərk külək əsirdi, qar yağırdı, bir sözlə, əməlli-başlı qasırğa idi,
amma o küləyə, o qara, çovğuna baxmayaraq səhər-səhər maşınla Brandenburq
qapılarına tərəf getdik, sonra maşından düşüb piyada Berlinin şərq hissəsinə keçdim,
təzədən qərbə gəldim, yenə şərqə getdim...
Bir azdan Berlindəki Dünya Mədəniyyət Evində mənim mətbuat konfransım
başlayacaqdı, amma qəribə idi, mən bu yerdən ayrıla bilmirdim.
Bax, burada vaxtıyla əli avtomatlı əsgərlər gəzişərdi və o əsgərlərin şübhəli
baxışları indiki kimi yadımdadı. Hətta mənə elə gəlir ki, o əsgərləri indi də görsəm,
sifətdən tanıyaram...
Brandenburq qapıları bu qədər adi imiş... Adi şəhər qapıları...
Amma mən nə üçün bu adilikdən qopa bilmirəm? O çovğunda şərqdən qərbə,
qərbdən şərqə addımlayıram...
5 fevral 1991.
Berlin.