2.5.6. Torpaqda kimyəvi elementlərin miqdarının normalaşdırılması
Normalaşmanın növləri. Torpaqda kimyəvi elementlərin normalaş-
dırılması kifayət qədər çətindir. Bu bir neçə səbəblərlə izah olunur. Məsələn,
normalaşdırmanın vahid metodologiyasının olmaması, ekosistemin vəziy-
yəti haqda obyektiv informasiyanın alınmasının çətinliyi və s. Buna baxma-
yaraq, toplanmış materiallar torpaq-bitki sistemində ekoloji vəziyyətin qiy-
mətləndirilməsi üçün əsas ola bilər.
Torpaqda kimyəvi elementlərin miqdarının normalaşması bu və ya
digər elementin qatılığının müəyyən olunmasıdır, hansı ki, torpaq münbit-
liyini azaldır, bitkiləri zədələndirir və onlarda həmin elementlərin müəyyən
olunmuş miqdarından az və ya çox olduğunu göstərir.
Torpağın çirklənmə səviyyəsinə standartlar sisteminə daxil olan müx-
təlif normativlərlə nəzarət olunur. Torpaqda kimyəvi çirkləndirici maddələ-
rin miqdarının normalaşdırılmasının ümumi prinsipləri daima yeniləşdirilir.
151
Sanitar-gigiyenik, ekoloji və sosial-iqtisadi normalaşmanı fərqləndirirlər.
Dostları ilə paylaş: |