150
Antropogen təsirlər nəticəsində torpaqlarda ekosistemin davamlılığını
və məhsuldarlığını, eləcə də ətraf mühitin keyfiyyətini təyin edən təbii təbiət
mexanizmlərinin aktivliyi kəskin azalmışdır. Bu proseslərin pozulmasının
əsas səbəbləri: dehumuslaşma, turşuluğun artması, hidroloji rejimin pozul-
ması, torpağın kipliyinin artması və s. -dir.
XX əsrin 60-cı illərindən Rusiya torpaqlarında humusun miqdarı orta
hesabla 0,4...0,6% azalmışdır (cədvəl 2.27) .
Müəyyən olunmuşdur ki, tərkibində 2%-dən az humus olan əkin
torpaqlarının miqdarı müayinə olunan sahələrin 23%-ni təşkil edir. Qeyri-
Qara torpaq zonasında tərkibində 2%-dən az humus olantorpaqlar 50%
təşkil edir. Məlumdur ki, humusun miqdarının yalnız 0,1% azalması, 1ha-da
məhsulun 80...120 dən vahidi azalmasına səbəb olur.
Şum qatında qida elementlərinin, humusun optimal miqdarını təmin
etmək üçün Rusiyada hər il torpağa 16,5mln.ton mineral gübrələr,
50mln.ton meliorantlar və 600mln.ton üzvi gübrələr verilməlidir.
Torpaq örtüyünün vəziyyətinin pisləşməsi mikroorqanizmlərin miko-
toksinlər istehsal etməsinə əlverişli şərait yaradır ki, bu da gələcəkdə gözlə-
nilməz ekoloji nəticələr verə bilər. Buna görə də torpaqda humusun sax-
lanmasına, torpaq məhlulunun turşuluğunun optimallaşdırılmasına, kipləş-
məni aradan qaldırmağa, oksidləşdirici-bərpaedici potensialın tənzimlən-
məsinə istiqamətlənmiş vəzifələri həll etmək lazımdır.
Rusiyada iqtisadiyyatın aqrar sektorunu da (aydın görünən ekoloji
uğursuzluqlarla birgə) əhatə edən dərin iqtisadi böhran, dövlətin ərzaq
təhlükəsizliyinin təmin olunması imkanlarını ciddi şübhə altında qoymaqla,
torpaq münbitliyinin dönməyən dəyişməsi təhlükəsi yardır.
Dostları ilə paylaş: