2.6.8. Azərbaycan torpaqlarında təbii radionuklidlərin konsentra-
siyası
Azərbaycanda belə işlər yalnız epizodik olaraq aparılıb.Yalnız Tor-
paqşünaslıq və Aqrokimya İnstitutunda, eləcə də Azərbaycan EA Coğrafiya
İnstitutunda akademik H.Ə.Əliyevin rəhbərliyi altında müxtəlif tip torpaq-
larda ayrı-ayrı təbii radionuklidlərin qatılığı öyrənilmişdir (Bayeva, Axun-
dova, Güləhmədov, 1969; Əliyev, Niyazov, 1981).
Azərbaycanın torpaq örtüyündə təbii radionuklidlərin miqrasiyası və
yerləşməsinin müşahidəsi respublikanın müxtəlif regionlarında aparıldı:
Kiçik Qafqazın quru çöllərində, Kiçik Qafqazın dağlıq zonalarında, Lənkə-
ran vilayətində, Kür-Araz ovalığında, Böyük Qafqaz vilayətində və Nax-
çıvan Muxtar Respublikasında. Göstərilən regionlar dəniz səviyyəsindən
hündürlükdə yerləşməsinə görə öz aralarında fərqlənirlər (0 horizontaldan
3000 m-dək).
Kiçik Qafqazın quru çöl torpaqlarında təbii radionuklidlərin miqra-
siyası və paylanması mürəkkəb xarakter daşıyır. Belə ki, torpaqda uran –
238-in miqdarı 1,4 – 2,8 sBk/q arasında dəyişir, onun orta qatılığı isə 2,2
sBk/q təşkil edir. Minimal və maksimal hədlər arasında fərq 2 dəfədir.
Minimal konsetrasiyası bu nukleotidin şabalıdı (boz-qonur) torpaqlarda taxıl
altıda müşahidə olunur. Uran -238-in maksimal qatılığı qajevıe torpaqlarda
seçilir. Radium – 226-nın orta qatılığı regionun torpaqlarında 1,3 sBk/q, 1,2-
192
dən 1,4 sBk/q tərəddüd etməklə. Göründüyü kimi quru çöl torpaqlarında
radium -226-nın miqdarında böyük fərqlər yoxdur. Torpaqlarda polonium -
210-nun qatılığı 1,5-dən 2,7 sBk/q-dək dəyişir. Polonium - 210 maksimal
konsentrasiyası qarğıdalı altında olan şabalıdı (boz-qonur) torpaqlar üçün
xarakterikdir. Torium - 232- nin miqdarı quru çöl torpaqlarında 1,3-dən 2,0
sBk/q-dək variasiya edir. Torium- 228-in qatılığı kifayət qədər yaxındır və
orta hesabla 1,4 sBk/q təşkil edir.
Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın quru çöl torpaqlarında uran
sırasında radioaktiv tarazlıq uranın xeyrinə pozulmuşdur. Bu hadisənin
səbəbi Kiçik Qafqazın quru çöl şəraitində torpağın çoxillik becərilməsi ola
bilər, hansı ki, uranın daha çox toplandığı alt qatların üst səthə çıxması ilə
izah olunur. Mineral gübrələrin tətbiqi torpağın kimyəvi xassəsini dəyişir,
radium – 226-nın mütəhərrikliyini artırır. Bütün bu proseslər şum qatında
uranın toplanmasına səbəb olur.
Dostları ilə paylaş: |