kaliumun və mütəhərrik fosforun miqdarı əsas yeri tutur. Uran – 238-dən
fərqi olaraq, torpaqda mübadilə olunan kalsiumun miqdarı ilə bitkinin ve-
göründüyü kimi çay yarpaqlarında uran – 238 və torium – 232 daha çox,
197
buğda və arpanın dənində daha az toplanmışdır. Uran – 238 toplanmasında
fərq 17, torium – 232-nin toplanmasında 3,7 dəfə olmuşdur.
Tədqiq olunan bitkilərdə uran – 238-in akkumulyasiya dərəcəsinin
azalma sırası belədir: çay > soya > tütün > noxud > yonca> pambıq > buğ-
da> arpa. Torium – 232-nin akkumulyasia dərəcəsinə görə bu sıra bir qədər
fərqlidir: çay> noxud> soya> arpa >buğda> yonca> tütün> pambıq. Bütün
hallarda uran – 238 və torium – 232-nin konsentrasiyası bitkinin vegetativ
orqanlarında daha çoxdur, nəinki təsərrüfat əhəmiyyətli məhsullarında. Belə
ki, soya, noxud, arpa və buğdanın küləşində uran -238 2,7 – 4,2 dəfə çöxdur,
nəinki dəndə.
2.6.10.Mineral gübrələrin tətbiqinin bitkilərdə uran -238 və torium –
232-nin toplanmasına təsiri
Kənd təsərrüfatı istehsalında mineral gübrəlrin tətbiqi torpaq – gübrə -
bitki sistemində əlavə təbii radionuklidlərin cəlb olunmasını qaçılmaz edir.
Kənd təsərrüfatı yerlərində gübrələrlə torpağa daşınan uran – 232, torium –
232 və radium – 226-nın təxminən 20 - 25% -i fosfor gübrələrində yerləşir,
burada onların qatılığı 37- 370 Bk/kq arasında dəyişir (Arxipov, 1982).
Kənd təsərrüfatı yerlərində torpağa mineral gübrələrin ilbəil verilməsi,
onun fiziki-kimyəvi, aqrokimyəvi xassələrinə əhəmiyyətli dərəcədə təsir
edir və radionuklidlərin torpaqdan bitkiyə daxil olma sürətini dəyişir. Radio-
nuklidlərin aqrokimyasının əsas vəzifəsi əkinçilikdə radionuklidlərin dövra-
nına gübrələrin müxtəlif növ və normalarının verilməsinin təsirinin öyrənil-
məsidir. Bu tədqiqatların praktiki əhəmiyyəti radionuklidlərin torpaq-bitki
sisteminə qida və yem zəncirində radionuklidlərin hərəkətinin ilkin həlqəsi
kimi daxil olmasının miqdarca qiymətləndirilməsinin labüdlüyündədir.
Müxtəlif kənd təsərrüfatı bitkilərində təbii radionuklidlərin toplanma-
sına mineral gübrələrin təsirinin öyrənilməsi son dərəcə az öyrənilmişdir və
əldə olan ədəbiyyat mənbələri alınmış nəticələrin bir-birinə əks olduğunu
göstərir.
Radium -226 və torium – 232-nın nitrofosla torpağa verilməsi müx-
təlif kənd təsərrüfatı bitkilərində onların miqdarının artmasına səbəb olmadı.
Radium – 226 və torium – 226-nın miqdarı təcrübənin müxtəlif variantları
şəraitində kənd təsərrüfatı bitkilərində praktiki olaraq bir-birindən fərq-lən-
mədi. Radionuklidlər gübrələrlə birlikdə torpağa verildikdə də torpaqda
onların miqdarı artmadı (Driçko və b., 1976).
Mineral gübrələrin illik normasının N
500
P
450
K
250
–yə qədər artırıl-
ması torpaqda torium və uranın miqdarının etibarlı artmasına gətirir, lakin
qarğıdalı bitkisinə radionuklidlərin daxil olmasına mineral gübrələrin veril-
məsinin əhəmiyyətli təsiri olmadı. Mineral gübrələrin fonunda peyinin veril-
198
məsi yarpaq əmələ gəlməsi dövründə uranın bitkilər tərəfindən udulmasını
gücləndirir və yetişmə fazasında toriumun daxil olmasaını zəiflədir
(Kuznetsov, 1986). Həmin müəlliflərin digər təcübələrində göstərilir ki, qara
torpaqlarda NPK-nın illik norması 120-240 kq/ha çatdırıldıqda bitkilərdə
təbii radionuklidlərin qatılığı gübrələnməmiş torpaqlarla müqayisədə dəyiş-
mir, bozqırlarda isə hətta radionuklidlərin bitkilərə daxil olması artır
(Kuznetsov,1986).
Abşeron rayonunun boz-qonur torpaqlarında mineral gübrələrin opti-
mal və yüksək dozalarının müxtəlif kənd təsərrüfatı bitkilərində məhsul-
darlığa, uran – 238 və torium – 232-nin toplanmasına təsiri öyrənilmişdir.
Alınan nəticələr göstərir ki, mineral gübrələrin həm optimal, həm də
yüksək dozada verilməsi müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsulunun
xeyli artmasına səbəb olur. Bu zaman dəndə uran – 238-in miqdarı dəyişmir,
payızlıq buğdanın küləşində isə onun qatılığı 2,3 – 20,5 % azalır.
Xüsusən yüksək dozada mineral gübrələrin təsirindən bütün tədqiq
olunan bitkilərdə torium – 232-nin bəzi azalmaları müşahidə olunur. Mine-
ral gübrələrin yüksək dozada tətbiqi soyanın dənində nəzarətlə müqayisədə,
orta hesabla 2 ildə soyanın dənində 11-24%, arpada 17-36%, buğdada 17-
30% torium – 232-nin qatılığını azaltmışdır. Mineral gübrələrin təsirindən
müxtəlif kənd təsərrüfatı bitkilərində uran – 238 və torium – 232-nin top-
lanmasına dair aparılan tədqiqatların nəticələri aşağıdakı cədvəldə veril-
mişdir (cədvəl 2.47) :
Dostları ilə paylaş: