2.11.8. Antropogen təsirlərə qarşı aqrofitosenozların reaksiya tipləri
Aqrofitosenoz aqroekosistemin ən vacib komponentlərindən biridir,
onun məhsuldarlığı isə kənd təsərrüfatı istifadəsində olan ekosistemin da-
vamlılığını və sabitliyini daha çox xarakterizə edir. Fitosenozun məhsul-
darlığı daxili mexanizmlərlə tənzimlənən təbii ekosistemlərdən fərqli olaraq,
aqroekosistemdə məhsuldarlıq prosesi bu və ya digər formada insanın ardı-
cıl aqrar fəaliyyətini tələb edir. Buna görə də bitki ontogenezin gedişində in-
tensiv birbaşa və ya transformasiya olunmuş antropogen təsirləri hiss edir.
Bu təsirlər həmişə məhsuldarlığın artması ilə nəticələnmir.
Müəyyən zaman ərzində aqroekosistemin sabitlik göstəricisi kimi
verilən məhsuldarlıq səviyyəsinə müxtəlif səbəblərdən çatmaq bəzən müm-
kün olmur: ekstremal meteoşərait, atmosfer havasının korlanması, turş ya-
ğışların yağması, torpağın əlverişsiz xassəsi və rejimi, onun çirklənməsi, an-
tropogen yüklənmələrə torpaq mikroorqanizmlərinin stress reaksiyası və tor-
pağın zəhərlənməyinin yaranması, torpağın yorulması, xəstəliklərə, ziyanve-
ricilərə və alaq otlarına az davamlı olan bəzi bitki sortlarının becərilməsi,
sonuncuların pestisidlərə adaptasiya olması, bitkilərə polifunksional təsir
edən aqroximikatların artan dozasına bitki sort və növlərinin eyni olmayan
reaksiyası və s.
Təsir xarakterinə görə faktor limitləşdirici, normal, optimal və öldürü-
cü ola bilər. Hər bir təbii və antropogen faktorun təsirinə bitkilərin reak-
siyası bütün bioloji sistemlər üçün xarakterik olan məşhur əyrixətli asılılığa
291
tabe olur, hansı ki, sərhədlərində bitkinin reksiya tiplərinə uyğun olan bir
neçə xarakterik zonalar üzə çıxır (şəkil 2.36). Hər bir zona müəyyən reak-
siya tipinə uyğun gəlir. Azot gübrələrinin dozasının geniş intervalında bitki-
lərin məhsuldarlığının dəyişməsinin qanunauyğunluğunun analizi əsasında,
bitkilərin verilən azot gübrələri normasının miqdarına, məhsuldarlığın və
maddələr mübadiləsinin xarakterinin dəyişməsində üzə çıxan cavab reaksi-
yasını üç tipə bölmək olar: kinetik (A), fizioloji (Б) və metabolik (B).
Birinci reaksiya tipi (A) bitkilərin azotla normal və limitləşdirici, ikinci (Б)
– normal və optimal, nəhayət üçüncü (B) – izafi (öldürücü) təminatı üçün
xarakterikdir.
Dostları ilə paylaş: |