Dördüncü represiya zonası yüklənmənin sonrakı artımı mikroorqani-
zmlərin böyümə və inkişafının tamamilə dayamasına gətirib çıxarır.
Mikrob cəmiyyətlərinin antropogen faktorlara cavab reaksiyası sxe-
mindən görünür ki, mikrob cəmiyyətinin davamlı və sabit sistemini qoru-
yan, sistemi homeostaz zonasından çıxarmayan yüklənməni onun yol veri-
lən yüklənmə norması hesab etmək olar. Baxmayaraq ki, ətraf mühitin şəra-
iti bərpa olunub və təsirlər kəsilib, stress zonası üçün xarakterik olan dəyiş-
mələr mikrob cəmiyyətlərində uzun müddət saxlanır ki, bu da sabitliyini iti-
rən sistemin başqa davamlı vəziyyətə keçməsini göstərir.
Mikrob cəmiyyətinə antropogen təsirlərdən onun tərkibi və təşkilinin
yenidən qurulması ən müxtəlif effektlər verə bilər: pozitivdən neytrala və
mənfiyə qədər. Əhəngləmə yolu ilə torpağın turşuluğunun aradan götürül-
məsi azotfiksasiya edən mikrofloranın inkişafına əlverişli təsir göstərir.
Mikrob cəmiyyətlərində turş çimli-podzol torpaqların əhəngləşməsindən ya-
ranan mikroorqanizmlərin davamlılıq dərəcəsinin yenidən paylanması onun
yüksək dozada mineral gübrələrə qarşı davamlılığının artmasını təmin edir.
Bu da homeostaz zonasının genişlənməsində və gübrənin mikrobtoksikozu
yaradan hədd dozasının artmasında üzə çıxır (ifadə olunur). Asan parçalanan
karbon tərkibli birləşmələrin izafi miqdarında mineral gübrələrin orta həddə
tam tətbiqi mikrob aktivliyini stimulə edir ki, bu da bitki qalıqları ilə yüksək
C:N nisbətində zənginləşdirilmiş torpaqlar üçün xarakterikdir.
Qara torpaqlarda üzvi azotun və karbon tərkibli birləşmələri mine-
rallaşdıran mikrob cəmiyyətlərinin yenidən qurulması mikroorqanizmlərin
daha yaxşı inkişafı ilə üzə çıxır. Denitrifikatorların antropogen təsirlərə qarşı
reaksiyası nitratreduksiyanın axırıncı mərhələsində daha çox üzə çıxır: o
həm güclənə (məsələn, suvarma zamanı), həm də azala bilər. Diazotroflar
üçün azotfiksasiya potensialının başlanğıc səviyyəsi antropogen yüklənmə-
sindən asılı olaraq, azalması və artması xarakterikdir. Mineral gübrələrin
uzun müddətli tətbiqindən avtotrof mikroorqanizmlərin və onların trofik zo-
otərəf müqabillərinin tərkibi və sayı dəyişir. Azot gübrələrinin sistematik
tətbiqi alqosenozların, avtotrof cəmiyyətin unifikasiya nümayəndələrinin sa-
yını ikiqat azaldır, hansı ki, hazırda birhüceyrəli yosunların 3 növünü əhatə
edir.
Aqrokimyəvi yüklənmə dozasına cavab olaraq mikrob cəmiyyətlərinin
290
yenidənqurulmasının neqativ nəticələri, torpağın metabolik xassəsinin məh-
dudlaşması və torpaq fermentlərinin ingibirləşməsinin üzə çıxması, biogen
elementlərin torpaqdaxili dövriyəsinin pozulması, produtsent göbələklər və
mikroorqanizmlərdə fenol birləşmələrinin, üzvi turşuların (hansı ki, onların
olması torpaqda fitotoksiki əlamətlərin inkişafından xəbər verir) toplanması
kimi üzə çıxır. Belə ki, çay plantasiyalarının üzun müddət gübrələnməsi nə-
ticəsində fenol birləşmələrinin miqdarı nəzarətə nisbətən 10...15 dəfə artır.
Torpağın mikrob cəmiyyətinin ciddi pozulmasının səbəblərindən biri
atmosfer çöküntülərinin mineral qarışıqlarla çirklənməsidir. Atmosferin
sulfat anhidridi, NH
3
, NO
x
ilə çirklənməsindən meşə döşənəyində və azot-
tuk zavodunun yaxınlığında olan torpağın üst horizontunda ammonifi-
katorlar və göbələklərüstünlük təşkil edirlər, bu zaman aktinomisetlərin, sel-
lülozolikatların və nitrifikatorların sayı kəskin azalır.
Dostları ilə paylaş: |