304
Torpağın texnogen çirklənməsində, tərəvəzlərdə Kd-un Rusiya üçün
qəbul olunmuş norması (0,03 mq/kq yaşıl kütlədə) çox tez artır.
Əhəngləşdirmə, üzvi və mineral gübrələrin verilməsi istehsal
olunan məhsulda ağır metalların toplanmasını minumuma endirir.
Boz meşə torpaqlarında məsələn, peyinin tətbiqindən amarantın
yerüstü orqanlarında Pb və Cd miqdarı nəzarət formaya nisbətən 12% - ə
qədər azalıb. Bu halda peyinin ağır metallarla kompleks birləşmələr əmələ
gətirmək qabiliyyəti üzə çıxır. Əmələ gəlmiş metal-üzvi kompleks
birləşmələr az hərəkətlidir və ya torpaq- kök sərhədində hüceyrə menbranını
keçə bilmir.
Metalların bitkilər üçün zəhərli olmasını azalmaq torpaqda humusun
miqdarını artırmağa yönəldilmiş tədbirlərə əsaslanmalıdır (üzvi gübrələrin
tətbiqi, sideratların istifadə olunması, küləsin basdırılması və s.). Torpağa
torf verdikdə xrom birləşmələrinin zəhərliyi azalır.
Mineral gübrələrin N
60
, P
60
, K
60
dozasında lokal tətbiqi yulaf və no-
xudun məhsulunda Cd və Pb miqdarını 1,3 – 1,8 dəfə azaldır (cədvəl 2.76)
Dostları ilə paylaş: