Kənd məhsullarının qiymətləndirilməsi. Ərzaq məhsullarında və
yemlərdə neqativ təsirlərin qarşısını almaq üçün son yol verilmə (YVQ)
anlayışından istifadə olunur. Yol verilən qalıq miqdar (YVM) və ya mak-
simum yol verilən səviyyə (MYS) anlayışlarından da istifadə olunur.
Bundan letal qatlıq bitkilərə öldürücü təsir edir.
2.12.2. Ərzaq məhsulları və yemi çirkləndirən maddələr
Ağır metallar. Ağır metallar ərzaq məhsullarını və yemləri
çirkləndirən ən təhlükəli maddələrdir. Onlardan Pb, Hg, Cd, As (mışyak),
Zn, Ni və b. Ətraf mühitə daxil olan ağır metalların 90% -ni torpaq
akummulyasiya edir. Sonra onlar təbii sulara miqrasiya edir, bitkilər
tərəfindən mənimsənilir və qida zəncirinə daxil olurlar, onlar torpaqda in-
tensivliklə toplanırlar. Qurşun, civə, kadmiyum, mışyak və sinq əsas
çirkləndirici elementlər hesab olunur çünki onların ətraf mühitdə texnogen
toplanması xüsusilə yüksək templə baş verir. Bu elemntlər fizoloji
proseslərdə üçvi birləşmələrin tərkibinə daxil olur və metabalizm prosesinə,
yüksək təzyiq göstərir böyümə və inkişafını dayandırır. Kənd təsərrüfatı
istehsalında bu məhsuldarlığı azaldır və məhsulun keyfiyyətini pisləşdirir.
Metalıln növündən asılı olaraq ağər metalların insan orqanizmində təhlükə
yaratmayan yol verilən miqdarı aşağıdakı kimi dəyişir. Pb –3Mq, kd – 0,4-
0,5mq, Hg–0,3 mq bir həftə ərzində. Baxmayaraq ki, bu səviyyələr şərtidir,
ərzaq məhsullarında ağır metalların miqdarına nəzarət etməyə imkan
verir.
Canlı orqanizmlərdə ağır metallar ikili rol oynayırlar. Az miqdarda
onlar bioloji aktiv maddələrin tərkibinə daxil olurlar, həyat fəaliyyətinin
normal getməsinə şərait yaradırlar. Təkamüldə formalaşmış ağır metalların
qatlığı texnolji çirklənmədən həddi ötürsə o mənfi nəticələrə, hətta fəlakətə
səbəb olur. Məsələn, insan orqanizminə daxil olan ağır metallar qara ciyərdə
toplanır və son dərəcədə yavaş insan bədənindən çıxır. İlkin halda onlar
torpaqda yığıldığından, hətta az çirklənmiş torpaqda bitən bitkilərlə qida-
lanan qanlılarda ağır metalların akumulyasiyasına səbəb olur. Bitkiyə daxil
olan ağır metallar onun orqanlarında qeyri-bərabər paylanır.
Adətən bitkinin kök sistemi yerüstü orqanlara nisbətən daha çox Zn
yığır. Yerüstü hissədə əsasən köhnə yarpaqlarda toplanır. Buğdanın
302
köklərində Pb və Cd miqdarı yarpaqlara nisbətən çox olur. Ağır metalların
generativ orqanlarda toplanması vegatativ orqanlarda nisbətən çox az
olur. Kökü meyvəlilərdə, kök yumurularında, meyvələrdə ağır metallar
dahada az olur və bu müsbət haldır, çünki onlar əsas tərəvəz bitkilərinin
təsərrüfat əhəmiyyətli hissələrdir.
Ağır metaların tərəvəz bitkilərində toplanmasının xüsusiyyətlərini
bilmək vacibdir. Yer kökündə ağır metalların miqdarı (Fe – dən başqa)
ucdan başa qədər tədricən azalır. Başcıqda Fe miqdarı daha çox olur, qalan
hissədə isə bərabər paylanır ( Şəkil 2.39)
Dostları ilə paylaş: |