M ü n d ə r I c a t


Kənd  məhsullarının  qiymətləndirilməsi



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə259/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   437
Kənd  məhsullarının  qiymətləndirilməsi.  Ərzaq    məhsullarında    və 

yemlərdə neqativ  təsirlərin qarşısını  almaq  üçün  son  yol  verilmə (YVQ) 

anlayışından istifadə olunur. Yol  verilən  qalıq  miqdar (YVM) və ya mak-

simum  yol  verilən  səviyyə  (MYS)  anlayışlarından  da  istifadə    olunur. 

Bundan letal qatlıq bitkilərə  öldürücü  təsir edir. 

 

2.12.2. Ərzaq məhsulları və yemi çirkləndirən maddələr 



Ağır  metallar.  Ağır    metallar    ərzaq    məhsullarını  və  yemləri 

çirkləndirən ən təhlükəli maddələrdir. Onlardan   Pb, Hg, Cd, As (mışyak), 

Zn,  Ni  və  b.  Ətraf  mühitə  daxil  olan    ağır  metalların    90%  -ni    torpaq 

akummulyasiya  edir.  Sonra  onlar  təbii  sulara  miqrasiya    edir,  bitkilər 

tərəfindən  mənimsənilir  və  qida  zəncirinə  daxil  olurlar,  onlar  torpaqda    in-

tensivliklə    toplanırlar.  Qurşun,  civə,  kadmiyum,  mışyak  və  sinq  əsas 

çirkləndirici  elementlər  hesab olunur çünki  onların  ətraf mühitdə texnogen 

toplanması  xüsusilə  yüksək  templə  baş  verir.  Bu  elemntlər  fizoloji 

proseslərdə üçvi birləşmələrin tərkibinə daxil olur və metabalizm prosesinə, 

yüksək  təzyiq  göstərir  böyümə  və  inkişafını  dayandırır.  Kənd  təsərrüfatı 

istehsalında  bu  məhsuldarlığı  azaldır  və  məhsulun  keyfiyyətini  pisləşdirir. 

Metalıln  növündən asılı  olaraq ağər metalların insan orqanizmində təhlükə 

yaratmayan yol verilən miqdarı aşağıdakı kimi dəyişir.  Pb –3Mq, kd – 0,4- 

0,5mq, Hg–0,3 mq bir həftə ərzində. Baxmayaraq ki, bu  səviyyələr şərtidir, 

ərzaq  məhsullarında  ağır  metalların  miqdarına  nəzarət  etməyə  imkan  

verir.  


Canlı orqanizmlərdə  ağır metallar  ikili rol oynayırlar. Az  miqdarda 

onlar  bioloji  aktiv  maddələrin  tərkibinə  daxil  olurlar,  həyat  fəaliyyətinin 

normal  getməsinə  şərait  yaradırlar.  Təkamüldə  formalaşmış  ağır  metalların 

qatlığı texnolji çirklənmədən həddi ötürsə o mənfi  nəticələrə, hətta fəlakətə 

səbəb olur. Məsələn, insan orqanizminə daxil olan ağır metallar qara ciyərdə  

toplanır  və  son  dərəcədə  yavaş  insan  bədənindən  çıxır.  İlkin  halda  onlar 

torpaqda  yığıldığından,  hətta  az  çirklənmiş  torpaqda  bitən  bitkilərlə  qida-

lanan qanlılarda ağır metalların akumulyasiyasına səbəb olur. Bitkiyə daxil  

olan ağır metallar onun orqanlarında qeyri-bərabər paylanır.  

Adətən  bitkinin  kök  sistemi  yerüstü  orqanlara  nisbətən  daha  çox  Zn 

yığır.  Yerüstü    hissədə  əsasən    köhnə    yarpaqlarda    toplanır.  Buğdanın  



302 

 

köklərində  Pb və Cd miqdarı yarpaqlara nisbətən çox olur. Ağır metalların 



generativ    orqanlarda    toplanması    vegatativ    orqanlarda    nisbətən    çox  az 

olur.    Kökü  meyvəlilərdə,    kök  yumurularında,    meyvələrdə  ağır  metallar 

dahada  az    olur    və  bu  müsbət  haldır,  çünki  onlar  əsas  tərəvəz  bitkilərinin 

təsərrüfat əhəmiyyətli  hissələrdir.  

Ağır  metaların  tərəvəz  bitkilərində  toplanmasının    xüsusiyyətlərini  

bilmək    vacibdir.  Yer  kökündə    ağır    metalların    miqdarı  (Fe  –  dən  başqa) 

ucdan başa qədər tədricən azalır. Başcıqda Fe miqdarı daha çox olur, qalan 

hissədə isə bərabər paylanır ( Şəkil 2.39) 

 

 

 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin