M ü n d ə r I c a t


  Minerallaşma və humuslaşma proseslərinin balanslaşması



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə256/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   437
 2.11.10.  Minerallaşma və humuslaşma proseslərinin balanslaşması 

- pedosferin ekoloji davamlılığının inteqral göstəricisidir 

Üzvi  maddələrin  yaranması  və  parçalanması  torpağın  yaranmasının 

əsasıdır. Bu məlum haldan prinsipial əhəmiyyətli nəticə çıxır –minerallaşma 

və  humuslaşma  prosesləri  arasındakı  qarşılıqlı  münasibət  torpaqda  ekoloji 

tarazlığı şərtləndirir. Adı çəkilən proseslərin balanslaşması torpaq blokunun, 

deməli,  həm  də  bütövlükdə  aqroekosistemin  ekoloji  davamlılığının  mahiy-

yətini  əks  etdirir.  Torpaqda  ekoloji  tarazlıq  vəziyyətinə  uyğun  gələn  kə-

miyyət  parametrlərinin  təyini, onun təbiətinin  açılması və  bu  əsasda torpaq 

məhsuldarlığının  artırılması  metodlarının  hazırlanması  –  aqroekoloji  prob-

lemləri  də  nəzərə  almaqla,  kompleks  qərarların  qəbulunu  tələbdən  mühüm 

elmi-praktiki vəzifədir.  

Torpaqda  üzvi  maddələrin  minerallaşması  prosesinin  intensivliyinin 

kifayət  qədər  əhəmiyyətli  kəmiyyət  göstəricisi  kənd  təsərrüfatı  bitkilərinin 

məhsulda  N  azotun  çıxarılması  (daşınması)  ola  bilər.  Humusun  yaranması 

prosesi, əksinə, azotun torpaqda toplanması ilə birbaşa əlaqəlidir. Buna ğörə 

də humus ehtiyatının artırılmasında onun akkumulyasiya miqdarını humus-

laşmanın  obyektiv  qiyməti  kimi  göstərmək  olar.  Əvvəl  deyilənlərdən  belə 



299 

 

çıxır  ki,  aqroekosistemin  torpaq  blokunda  humuslaşma  və  minerallaşma 



proseslərinin  balanslaşdırılmasının  qiymətləndirilməsini,  aqroekoloji  para-

metrlərin qiymətləndirilməsinə - gübrə azotunun bioloji utilizasiya əmsalına 

(K 

N

ut



)  əsasən aparmaq daha realdır. Deyilən göstərici və becərilən bitkinin 

gübrədən N elementini mənimsəməsi əmsalı (K 

m

N

) və növbəli əkinin rotasi-



yasında humusun artmasında onun akkumulyasiyası təcrübə qoyulmasından 

əvvəl təyin olunan (K 

ak

N

) miqdarına nisbətinin cəmi kimi hesablamaq olar. 



Gübrə  azotunun  mənimsənilmə  əmsalının  onun  akkumulyasiya  əmsalına 

nisbəti  (K

m



:  K



ak

N

)  torpaqda  minerallaşma  və  humuslaşma  proseslərinin 



balanslaşma  dərəcəsini,  deməli,  həm  də  növbəl  əkin  rotasiyası  dövründə 

torpaq  yaranma  prosesinin  istiqamətini  əks  etdirir.  Həqiqətdir  ki,  digər 

göstəricilərlə yanaşı bu nisbətdə yüksək məhsuldar aqroekosistemin davam-

lılığının qiymətləndirilməsinin obyektiv ekoloji kriteriyası kimi xidmət edə 

bilər.  

Aqroekosistemin  torpaq  blokunun  ekoloji  davamlılıq  dərəcəsi  aşağı-

dakı formula ilə təyin olunur:   

E

dav



 = K

m

N



 : K

ak

N



 

    


burada  E

dav


  –  aqroekosistemin  torpaq  blokunun  ekoloji  davamlılığının 

inteqral göstəricisidir; K

m

N

  –  növbəli  əkin  rotasiyasında  azotun  bitkilər  tərəfindən 



mənimsənilmə  əmsalı,  %;  K

ak



–  nəvbəlı  əkin  rotasiyasında  humusun  artmasında 

azotun akkumulyasiya əmsalı, % -lə.  

 

Gübrə  azotunun  bioloji  utilizasiyasının  qiyməti,  onların  torpağın 



effektiv və potensial mümbitliyinə təsirinin xüsusiyyətləri ilə, eləcə də növ-

bəli  əkin  tarlalarında  becərilən  bitkilərin  məhsuldarlığı  və  azotu  çıxarması 

ilə  birbaşa  əlaqəlidir.  Çoxillik  çöl  təcrübələrilə  müəyyən  olunmuşdur  ki, 

bitki  rotasiya  dövründə  nə  qədər  çox  gübrə  azotu  utilizasiya  edirsə,  bir  o 

qədər  az  akkumulyasiya  edir  humusda  və  bir  o  qədər  yüksəkdir  mənim-

sənilmə  əmsalı  (K

m

N

)  bioutilizasiya  əmsalında  (K



m

N

).  Bu  xüsusən  aydın 



görünür,  məsələn,  torpağa  asan  minerallaşan  maddələrlə  zəngin  olan  yaşıl 

gübrə basdırılanda. Əks asılılıq torpağa inert üzvi maddələr basdırılanda baş 

verir – küləş, humus maddələrində tədricən minerallaşan azot və s. 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin