295
Gübrə azotunun torpaqda lokallaşması hesabına, bitki onu gübrələrin
dağınıq verilməsinə nisbətən 1,2...1,6 dəfə artıq mənimsəyir (cədvəl 2.73).
Bu zaman azotun qaz formalı itkisi kəskin azalır (1,6...3,2 dəfə) ki, həmin
texnologiyanın ekoloji məqsədyönlü olmasını təmin edir. Aqronomik
effektliyə gəldikdə isə, azot gübrələrinin lokal üsulla verilməsindən kənd tə-
sərrüfatı bitkilərinin məhsuldarlığı, gübrələrin dağınıq üsulla tətbiqinə nis-
bətən 22...46% artır. Bu texnologiya qarğıdalı və gülül-yulaf qarışıq
səpinlərində ən yüksək effeklik verir.
Bitkilərin biotik faktorlara (xəstəliklərə) davamlılığının artması təbii
əsaslarla mühafizə-stimulə qabiliyyətini artırır. Bitki mühafizəsində kimyəvi
vasitələrin istifadə olunması ətraf mühit obyektlərinin əhəmiyyətli dərəcədə
çirklənməsinə səbəb oldu. Bu isə insan sağlamlığı üçün real təhlükə yaradır.
Belə neqativ nəticələrdə təbii preparatlar əsasında hazırlanmış biostimul-
yatorlar istifadə olunmur, məsələn, sianobakteriyalar. Bu preparatın kələm
şitillərinin köklərinin kultivasiyasından əvvəl boltuşkalara əlavə edilməsi
bitkinin xəstəliklərə tutulmasının qarşısını əhəmiyyətli dərəcədə azaldır.
Sianobakteriya preparatı bitkinin fır xəstəliyinə tutlmasının qarşısını tama-
milə aldı, selikli bakterioz xəstəliyinə tutulmasını demək olar ki, 2 və qara
ayaq xəstəliyinə tutulmasını 3 dəfə azaltdı, mineral qidalanmanı yaxşılaşdırdı
ki, nəticədə ağbaş kələmin məhsuldarlığı əhəmiyyətli dərəcədə (34,7 %) artdı.
Dostları ilə paylaş: