M ü n d ə r I c a t


 Antropogen təsirlərə qarşı aqrofitosenozların reaksiya tipləri



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə250/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   246   247   248   249   250   251   252   253   ...   437
2.11.8. Antropogen təsirlərə qarşı aqrofitosenozların reaksiya tipləri   

Aqrofitosenoz    aqroekosistemin  ən  vacib  komponentlərindən  biridir, 

onun  məhsuldarlığı  isə  kənd  təsərrüfatı  istifadəsində  olan  ekosistemin  da-

vamlılığını  və  sabitliyini  daha  çox  xarakterizə  edir.  Fitosenozun  məhsul-

darlığı daxili mexanizmlərlə tənzimlənən təbii ekosistemlərdən fərqli olaraq, 

aqroekosistemdə məhsuldarlıq prosesi bu və  ya digər formada insanın ardı-

cıl aqrar fəaliyyətini tələb edir. Buna görə də bitki ontogenezin gedişində in-

tensiv  birbaşa  və  ya  transformasiya  olunmuş  antropogen  təsirləri  hiss  edir. 

Bu təsirlər həmişə məhsuldarlığın artması ilə nəticələnmir.  

Müəyyən  zaman  ərzində  aqroekosistemin  sabitlik  göstəricisi  kimi 

verilən məhsuldarlıq səviyyəsinə müxtəlif səbəblərdən çatmaq bəzən müm-

kün  olmur:  ekstremal  meteoşərait,  atmosfer  havasının  korlanması,  turş  ya-

ğışların yağması, torpağın əlverişsiz xassəsi və rejimi, onun çirklənməsi, an-

tropogen yüklənmələrə torpaq mikroorqanizmlərinin stress reaksiyası və tor-

pağın zəhərlənməyinin yaranması, torpağın yorulması, xəstəliklərə, ziyanve-

ricilərə  və  alaq  otlarına  az  davamlı  olan  bəzi  bitki  sortlarının  becərilməsi, 

sonuncuların  pestisidlərə  adaptasiya  olması,  bitkilərə  polifunksional  təsir 

edən  aqroximikatların  artan  dozasına  bitki  sort  və  növlərinin  eyni  olmayan 

reaksiyası və s.  

Təsir xarakterinə görə faktor limitləşdirici, normal, optimal və öldürü-

cü  ola  bilər.  Hər  bir  təbii  və  antropogen  faktorun  təsirinə  bitkilərin  reak-

siyası bütün bioloji sistemlər üçün xarakterik olan məşhur əyrixətli asılılığa 



291 

 

tabe  olur,  hansı  ki,  sərhədlərində  bitkinin  reksiya  tiplərinə  uyğun  olan  bir 



neçə xarakterik zonalar üzə çıxır (şəkil 2.36). Hər bir zona müəyyən reak-

siya tipinə uyğun gəlir. Azot gübrələrinin dozasının geniş intervalında bitki-

lərin  məhsuldarlığının  dəyişməsinin  qanunauyğunluğunun  analizi  əsasında, 

bitkilərin  verilən  azot  gübrələri  normasının  miqdarına,  məhsuldarlığın  və 

maddələr  mübadiləsinin  xarakterinin  dəyişməsində  üzə  çıxan  cavab  reaksi-

yasını  üç  tipə  bölmək  olar:  kinetik  (A),  fizioloji  (Б)  və  metabolik  (B). 

Birinci reaksiya tipi (A) bitkilərin azotla normal və limitləşdirici, ikinci (Б) 

–  normal  və  optimal,  nəhayət  üçüncü  (B)  –  izafi  (öldürücü)  təminatı  üçün 

xarakterikdir. 

 

 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin