yümə, tənəffüs, zülal birləşmələrinin sintezi prosesi güclənir, verilən güb-
lində bitki orqanizmlərinin fizioloji dəyişiklikləri ilkin potoloji vəziyyətə
292
lığın alınması üçün lazım olan dozada.
Metabolik reaksiya tipi zonası üçün böyümə proseslərinin məhdudlaş-
ması xarakterikdir, bitkilərdə metabolizmin aralıq məhsulları toplanır, udu-
lan azotun çox hissəsi metabolizmə uğramır, xlorofilin yaranması sürəti və
fotosintezin intensivliyi azalır, karbohidrat və mineral maddələrin müba-
diləsi pozulur və bütün bunların nəticəsində bitkinin məhsuldarlığı azalır.
Metabolik reaksiya tipi yaradan mühitdə inkişaf edən bitki müxtəlif xəs-
təliklərə və ziyanvericilərin hücumuna məruz qalırlar, onların məhsulları
texnoloji və gigiyenik tələbatlara cavab vermir.
Qeyd etmək lazımdır ki, metabolik reaksiya tipinin bir çox əlamətləri
mineral qida elementlərinin kəskin çatışmazlığını yaşayan bitkilər üçün
xarakterikdir. Buna görə də bitkilərin azotla izafi və ya kəskin çatışmayan
təminatında aqrofitosenozun öz davamlılığını itirməsi üçün zəmin yaranır,
onun nəticələri ən müxtəlif variantlarda üzə çıxa bilər (əkinlərin ziyanve-
ricilər və xəstəliklərlə kütləvi yoluxması, kök ifrazatlarının və bitki qalıq-
larının torpağa məhdudiyyətlə daxil olması, kondisiyasız toxum materialının
alınması, su mənbələrinin çirklənməsi, torpağın deqradasiyası və s). Qeyd
etmək lazımdır ki, oxşar hadisələr yalnız uzun illər əkinlərə aqronomik nə-
zarət olmayanda baş verə bilər və prinsipcə belə halların ehtimalı çox azdır.
Bir halda ki, bitkinin kəskin defisit və ya izafi qidalanma rejimi asanlıqla
dəf olunur (məsələn, birinci halda mineral gübrələrin, ikinci halda küləşin
verilməsi), metabolik reaksiyaların üzə çıxma sərhədləri isə kifayət qədər
hərəkətlidir və asanlıqla qarışırlar. Azot, fosfor və kalium arasında nisbətin
dəyişməsi və ya torpağa gübrələrin verilməsində müxtəlif modifikasiyaların
istifadə olunmasıda aqrofitosenozun davamlılığının oxşar pozulmaları belə
şəraitdə müvəqqəti olur və aqroekosistemin sabitliyinin pozulması ilə nəti-
cələnmir. Bundan əlavə, hər bir növ və sort üçün torpaqda özlərinin normal,
optimal və izafi azot norması vardır, hansı ki, bu çərçivələrdə azot qidalan-
masının sadalanan reaksiya tiplərinin birində bitkilər inkişaf edirlər.
Kənd təsərrüfatı bitkilərinin becərilməsinin ekoloji təhlükəsiz texnolo-
giyalarının axtarışı və işlənib hazırlanması hələ də aktualdır, çünki onlar ra-
sional təbiətdən istifadənin prinsiplərinə uyğun gəlir. Məsələn, azot güb-
rələrinin tətbiqinin lokal texnologiyası onlara aiddir. O torpaqda kökün qi-
dalanma sahəsində azotun çevrilməsini nizamlayır və bitkilərin ontogene-
zində gübrə və torpaq azotuna tələbatını tənzimləyir; məhsuldarlıq prosesinə
və məhsuldarlıq prosesinə və məhsulun yüksək keyfiyyət göstəricilərilə
293
formalaşmasına yönəlmiş təsir göstərir. Torpaq-bitki sistemində azot birləş-
mələrinin akkumulyasiyası xeyli yaxşılaşır ki, bu da becərilən bitkinin
əlverişsiz abiotik faktorlara davamlılığını artırır (şəkil 2.37).
Dostları ilə paylaş: