pağın daxili ehtiyatları hesabına yol verilən həddi keçdikdə, bitkinin kök-
343
laya bilmir. Qeyd edək ki, ağır metallar bitkiyə yalnız kök sistemi ilə deyil,
həm də yarpaq səthi vasitəsilə də daxil olur. Həll olmuş toz həm bir başa
yarpaq ağızcıqlarından, həm də yarpaq ayasının örtük toxumalarından diffu-
ziya yolu ilə daxil olur. Elementlərin orqanizmə daxil olma sürəti kutiku-
lanın qalınlığından asılıdır. Ağır metalların miqrasiyasının azalması bitkinin
orqanları üzrə belə sıralanır: kök – gövdə - yarpaq – toxum – meyvə - kök
yumruları. Bitkidə miqrasiya sürətinə görə metallar aşağıdakı formada
paylanır: Cd ˃ Pb ˃ Zn ˃ Cu ˃ Mn ˃ Fe (Alekseyev Y.V., 1987).
Ağır metalların bitkiyə daxil olması bir çox faktorların təsiri ilə
şərtlənir, onlardan ən əsasları:
● torpağın xassəsi və torpaq proseslərinin dinamikası;
● metalların kimyəvi xassələri; onların birləşmələrinin vəziyyəti və
transformasiyası;
● bitkinin fizioloji xüsusiyyəti.
Daha çox davamlılıq aşağıdakı ailələrdə qeyd olunur: Gramineae
(taxıllar), Fabaceae (paxlalılar), Chenopodiaceae (marevıye). Ağır metal-
ların toksiki təsirinə bitkilərin davamlılığı bu sıra ilə azalır: otlar – taxıllar –
dənlilər – kartof – şəkər çuğunduru.
Cədvəl 3.29-dan görünür ki, qurğuşunun 80000 mq/kq dozasında no-
xud cücərtisinin köklərinin uzunluğu nəzartə nisbətən 7 dəfə kiçikdir. Bu
Alternaria cinsindən olan mikroskopik göbələklərin ifraz etdiyi, bitkiyə
öldürücü təsir edən maddənin miqdarının artması ilə izah olunur.
Dostları ilə paylaş: