olan çirkab su əmsalı: ε = 0,81-1 (düzaxan), ε= 0,51 - 0,8 (ardıcıl); ε = 0,3 -
394
Misal. Ildə 9300 baş İBM emal olunan ət kombinatında yaranan
çirkləndirici maddələrin kütləsini hesablamaq tələb olunur.
Ilkin məlumatlar. ət kombinatı ildə 300 gün bir növbədə işləyir. Növ-
bədə işləyənlərin sayı - 93 adam, o cümlədən sexlər üzrə: heyvanın kəsil-
məsi və cəmdəyin bölünməsi – 25 adam, bağrsaq – 20, yarımməhsul – 13,
dərinin emalı – 7, piy emalı – 10, ət məhsulları – 11, texniki fabrikatlar – 19
adam. İş növbəsində 31 heyvan emal olunur. Iş növbəsinin müddəti – 8
saat; iş növbəsində dəzgahın işləmə müddəti – 7 saat. Iş növbəsində bir
adamın təsərrüfat-məişət ehtiyaclarını ödəməyə sərf olunan su – 25 l.
Texnoloji əməliyyatlara su sərfi və çirkab sularda çirkləndirici maddələrin
qatılığı 4.12 – 4.17 cədvəllərində verilmişdir. Su təchizatı sistemi – düzünə
axan (ε = 0,9). Parametr ϑ = 10
-9
.
Həlli. Kəsimə və cəmdəyin bölünmsəsi, bağırsaq, yarımməhsul, dəri
emalı, piy, ət məhsulları, texniki fabrikatlar sexləri üçün çirkləndirici mad-
dələrin kütləsinin hesablanması (4.4) formulu ilə həyata keçirilir.
Kəsmə və cəmdəyin bölünməsi sexi: asılı maddələr – 3,25 t/il; piylər –
4,89 t/il; ümumi azot – 1,35 t/il. Bağırsaq sexi: asılı maddələr – 1,09 t/il;
piylər– 2,61 t/il; ümumi azot – 0,68 t/il. Yarımməhsullar sexi: asılı maddələr
– 0,77 t/il; piylər– 0,13 t/il; ümumi azot– 0,15 t/il. Dəri emalı sexi: asılı
maddələr – 2,98 t/il; piylər– 0,52 t/il; ümumi azot– 0,59 t/il. Piy sexi: asılı
maddələr – 98,4 t/il; piylər– 91,2 t/il; ümumi azot– 25,7 t/il. Ət məhsulları
sexi (ətin soyudulması): asılı maddələr – 0,34 t/il; piylər – 0,11 t/il; ümumi
azot– 0,15 t/il. Texniki fabrikatlar sexi: asılı maddələr– 0,92 t/il; piylər –
1,95 t/il; ümumi azot– 0,17 t/il.
Eyni adlı çirkləndirici maddələrin toplanması göstərir ki, ət kombinatı
9300 baş İBM emal edərkən çirkab sularla: asılı maddələr – 108 t/il, piy –
101 t/il, ümumi azot – 28,8 t/il atır. Bu zaman OKT 638 t O
2
/il təşkil edir.
Dostları ilə paylaş: