ləmək üçün yerləşdirirlər, hansı ki, onlardan nohurlara - durulaşmış axın-
ların toplayıcılarına və suvarılan əkinçilik tarlalarına daxil olurlar) çoxmər-
● axınların torf - kompost istehsalı üçün istifadə olunması, hansı ki,
tarlalara biotermiki zərərsizləşdirmə üçün daşınır (bu üsul kiçik fermalar
axınlarının təmizlənməsi (hidroyuma zamanı tullantılar qəbuledicilərə və
xəndəklərə yönəldilir, burada maye fraksiyalara ayrılır, zərərsizləşdirilir və
401
filtirləmə sahələrinə göndərilir; bərk faza kənd təsərrüfatı yerlərinə yönəl-
dilir);
● təbii su hövzələrində tullantıların öz-özünə təmizlənməsi və utili-
zasiyası, nə vaxt ki, durulaşdırılmış maye təmizləyici qurğulardan toplayıcı-
nohurlara və sonra isə su hövzələrinə axır, çöküntü isə gübrə hazırlanması
üçün istifadə olunur;
● maye peyinin anaerob emalı (metanogenez) və ya qıcqırdılması, to-
xumları isə hansı ki, patogen mikroorqanizmlərin hesabına mənv olur, peyin
xoşagəlməz qoxusunu, alaq otlarının toxumları isə cücərmə qabiliyyətini
itirir (eyni zamanda yanacaq alınır - metan).
Peyinin maye və bərk fazalara ayrılması vibrofiltrlərın, sentrafuqa və
ya vibrodivarların şnek preslərinin köməyilə həyata keçirilir. Bu zaman
peyinin nəmliyi 90..95 %-dən 62...65%-dək azalır. Peyinin bərk fazasını
xəndəklərdə biotermiki öz-özünə qızışma hesabına 60...70
0
C-də zərərsizləş-
dirirlər. Bərkidilmiş peyin və ya səpilən-peyin müxtəlif kənd təsərrüfatı
bitkilərinin, o cümlədən tərəvəzərin açıq və örtülü qruntda becərilməsində
istifadə olunur.
Maye peyinin aerasiya yolu ilə - peyin yerləşdirilmiş həcmə havanın
üfürülməsilə (isveç sistemi ―Likom‖), pasterizə etmə (70...80
0
C-dək qız-
dırmaq), kəskin buxarla sterilizə etmək (120...130
0
C-dək qızdırmaq) yolu ilə
də maye peyinin zərərsizləşdirilməsi həyata keçirilir. Termiki kontakt - qaz
zərərsizləşdirilməsində qaz axını maye peyinin içərisində yanır. Bu üsulla
nohurların lil çöküntülərini – durulaşdırılmış peyin axınlarının toplayıcı-
larını da zərərsizləşdirmək olar. Bundan əlavə peyin ammonyak, elektrik
cərayanı və s. zərərsizləşdirilir.
Suvarılan əkinçilik tarlaları çirkab suların, o cümlədən peyin axın-
larının qəbulu və zərərsizləşdirilməsi üçün nəzərdə tutulur. Meşə əkinlərinin
və kənd təsərrüfatı bitkilərinin suvarılması və gübrə kimi mütləq istifadəsi
həyata keçirilir.
Peyin axınlarının çoxmərhələli təmizlənməsi və utilizasiyasının ümu-
mi texnoloji sxemi şəkil 4.2-də verilir. Bu sxem peyinin zərərsizləşdirilməsi
üzrə qurğunun həm süni şəraitdə, həm də təbii toplayıcı-nohurlarda, bufer-
nohurlarda, çirkab suların keçdiyi yoldakı meşə əkinlərində, suvarılan
əkinçilik tarlalarında, bioloji nohurlarda istifadəsini nəzərdə tutur.
Meşə əkinlərində çirkab sular asılı və sorulmaya cəlb olunan, hansı ki,
döşənəklə birgə iştirakından allyuvüal suxurlar yaranır və torpaq əmələ
gəlmə prosesində iştirak edir; bioloji və bufer nohurlarda durulaşmış peyin
axınları su anbarları, çay və digər su obyektlərinin suları ilə qarışır və günəş
402
şüalarının, aerasiyanın, hiqro- və hidrofitlərin, mikroorqanizmlərin təsiri
nəticəsində öz-özünə təmizlənir.
Dostları ilə paylaş: