ġəkil 4. 3. Peyinin toplanmasının boru-resirkulyasiya sisteminin sxemi:
I – pəyə; II – tutucu-quyu; III – peyin şirəsi toplayıcısı; IV – sorucu stansiya;
1 - fekal sorucusu; 2 – sürgü; 3 – təzyiqli boru xətti; 4 – öz-özünə axan boru
xətti; 5 – quyular; 6 – tutucu tor; 7 – boşaltma üçün boru xətti.
406
4.5.3. Heyvandarlıq tullantılarının emalı üçün biotexnologiyanın
istifadə olunması
Avropa biotexnologiya federasiyasının təyinatına görə, biotexnologiya
- mikroorqanizmlərin və toxumaların faydalı keyfiyyətlərinin sənayedə
tətbiqi üçün biokimya, mikrobiologiya və kimya texnologiyalarının birgə
istifadə olunmasıdır.
Ekoloji biotexnologiya müvafiq texnoloji proseslərin köməyilə ətraf
mühitin mühafizəsi (tullantıların emalı, mühitin komponentlərinin çirklən-
mədən mühafizəsi, təbii ehtiyatların rasional istifadəsi və s.) məsələlərini
həll edir.
Yuxarıda deyilənlərdən göründüyü kimi heyvanların intensiv çoxaldıl-
ması peyinin lokal toplanmasına səbəb olur. Onların miqdarı bəzən o qədər
çox olur ki, təbii biodeqredasiya potensialını dəfələrlə ötüb keçir.
Peyinin kompostlaşdırılması bioloji oksidləşmənin kompost-humus-
laşmış məhsulunu almaq üçün tətbiq olunur. Məhsulun tərkibində üzvi bir-
ləşmələr, parçalanma məhsulları, ölmüş mikroorqanizmlərin biokütləsi və s.
olur. Bu məhsulun torpağa verilməsi aqroekosistemin sabitliyinin pozul-
masına səbəb olmur. Kompostlaşdırma - bioloji oksidləşmənin ekzotermik
prosesidir. Burada üzvi substrat yüksək temperatur və nəmlikdə mikroorqa-
nizmlərin qarışıq populyasiyalarının aerob biodeqredasiyasına uğrayır və
torpağın aqrokimyəvi meliorasiyası üçün qiymətli və təhlükəsiz məhsula
çevrilir.
Kompostlaşma prosesində oksigenə olan tələbat ödənilir və karbon iki
oksid, su ayrılır, istilik artır və üzvi maddə sabit formaya keçir. Peyin
xəndəklərdə toplandırıldıqda fermentasiya prosesində ayrılan istiliyin bir
qismi saxlanılır ki, bu da kompostlaşma prosesini sürətləndirir.
Peyinin aerasiyasını yaxşılaşdırmaq, eləcə də nəmliyin azaldılması və
karbonun azota olan nisbətini yüksəltmək üçün əlavələr qarışdırılır (taxıl-
ların küləşi, yarpaqlar, zibil, qırıntılar və s.).
Kompostlaşma prosesində dörd mərhələ ayrılır: mezofil, termofil,
soyuma və yetişmə. Birinci üç mərhələ sürətlə keçir (günlər və ya həftələr
ərzində). Yetişmə mərhələsi isə bir neçə ay çəkir. Bu müddət ərzində ölmüş
bakteriyaların zülalları ilə liqnin qalıqları arasında humin turşularının yaran-
masına səbəb olan mürəkkəb reaksiyalar baş verir. Bu müddət ərzində xən-
dəklərdə temperaturu 55
0
C -yə yaxın saxlamaq lazımdır, buna görə də hər-
dən xəndəklərdə məcburi havalandırma olmalıdır. Tövsiyə olunan optimal
nəmlik 50...60% həddində, minimal sərbəst qaz məkanı 30%-ə yaxın, qaz
fazasında oksigenin qatılığı isə 10...18% olmalıdır. Xəndəklərin (topaların)
407
aşağıdakı ölçülərini saxlamaq lazımdır: uzunluq – istənilən qədər, hündürlük
– 1,5 m; eni – 2,5 m (təbii havalandırmada).
Xəndəklər (kompost sıraları) üçbucaq formalı olur. Onları beton-
laşdırılmış sahələrdə yerləşdirirlər. Peyin doldurucudan atıcıya yükləndirilir,
sonra isə maşının daimi yavaş hərəkəti ilə atılır. Sonra diametri 75 mm olan
şüvülün köməyilə xəndəyin dibinə qədər, bir-birindən 1 m aralı olan vertikal
deşiklər açırlar. Bir aydan sonra xəndəyi qarışdırırlar. Iki –üç aydan sonra
kompost tamamilə yetişir. 3-4 gündən sonra bu cərgəyə bir qədər yeni peyin
kütləsi əlavə olunur. Ritmi tutaraq işi o vaxtaqədər davam etdirirlər ki,
cərgənin hündürlüyü 2 m çatsın (bu zaman onun periodik qarışdırılmasına
ehtiyac yoxdur).
Çində peyinin kompostlaşdırılmasının xüsusi üsulu hazırlanıb. Onun
qatlarının arasına bitkinin xırdalanmış gövdələri növbə ilə yerləşdirilir. Hər
cərgədə 40% gövdə, 30% kənd təsərrüfat axınları və bərk tullantılar və 30%
peyin olur. 7...10 qatdan ibarət olan topanın hündürlüyü 1,5 m, eni 2...3 m,
uzunu 6...7 m olur. Aerasiya sistemi bir-birindən 1,5 ...2 m aralıda yerləşən
və quyunun dibindən 0,3 m məsafədə, diametri 100 mm olan bambuk ağa-
cının çubuqlarının köməyilə yaradılır. Horizontal çubuqları vertikal çubuq-
larla 1 m məsafədə yerləşdirdikdə onlar bir-biri ilə birləşir. Yerləşdirmənin
sonunda topanın üstü 0,3 m qalınlığında lillə örtülür. Bambuk çubuqları 24
saatdan sonra çıxarırlar, bu zaman havalanma üçün olan deşiklər saxlanılır.
2 həftədən sonra topanı çevirirlər, kompost isə 2...4 aydan sonra istifadə
olunur.
Peyinin yem əlavələrinə çevrilmə emalını bir neçə yolla aparırlar:
peyindən və ya quş zılından yem (qidalı) hissəni çıxarmaqla; peyinin yem
mayalarının istehsalı, milçək sürfələrinin və yosunların becərilməsi üçün
qidalı mühit kimi tətbiqi; yem zülalının alınması üçün qurdların becərilməsi.
İri buynuzlu mal-qaranın peyinin yem əlavəsi ―Seriko‖ –ya emalının,
peyindən xam proteinin, karbohidrat (energetik) maddəsinin və biogen ele-
mentlərin (NPK) çıxarılmasına əsaslanan fransız texnologiyası daha çox
məşhurdur.
Kənd təsərrüfat heyvanlarının ekskrementlərinin quru maddəsi rasio-
nun ümumi enerjisinin 20-25%-ni və xam proteinin 16%-ni təşkil edir.
Peyinin emalının texnoloji əməliyyatlarının nəticəsində alınır: məhsul
C
1
- silos (nəmlik 60%; quru maddənin tərkibi, %-lə: protein – 7,3, yağ – 2,
kleçatka – 28, AEM – 51,7, kül - 11); məhsul C
2
– protein konsentratı (nəm-
lik 10% ; quru maddənin tərkibi, %-lə: protein – 27, yağ – 6, kleçatka – 2,
AEM – 55, kül - 10); məhsul C
3
– üzvi gübrə və texnoloji su.
408
Birinci texnoloji əməliyyat iri ağır cisimlərin çıxarılması və qarış-
dırma üçün peyinin qəbulediciyə ötürülməsi, buradan o, dörd beton ka-
meraya vurulur (150 m
3
) – fermentyorlara. Peyin ardıcıllıqla hərəsində bir
gün qalmaq və qarışdırılmaqla , dörd kameranın hamısından keçirilir. Onun
nəmliyi 78 ± 2 % və p H – 5,6...6 olmalıdır. Dördüncü gün peyin axırıncı
(dördüncü) fermentyordan məhsul C
1
arılması üçün seperatora verilir.
İkinci əməliyyatda məhsul C
1
–in ayrılması və fermentasiyası baş ve-
rir. Əvvəlcə seperatorlarda bitki liflərini, dən qabıqlarını, həzm olunmamış
dəni və digər 0,8 mm-dən böyük olmayan birləşmələri ayırırlar. Ayrılmış və
sıxılmış (nəmlik 55...60%) bərk fraksiya məhsul C
1
–in alınması üçün
xammaldır, maye fraksiyanı isə ayıraraq, sonrakı emal və məhsul C
3
və C
2
almaq üçün kameraya ötürülür.
Məhsul C
1
bunkerə daxil edilir, sonra isə silos qülləsinə ötürülür, bu-
rada 10...12 gün müddətində fermüntləşmə baş verir (siloslaşma süd turşusu
bakteriyalarının inkişafı nəticəsində, zərərsizləşmə isə - silos kütləsinin yük-
sək temperaturu – 60...70
0
C hesabına baş verir).
Üçüncü texnoloji əməliyyatda ikinci əməliyyat nəticəsində alınmış
maye fraksiya kameradan dövri işləyən (avtomatlaşdırılmış rejimdə) sentra-
fuqaya verilir. Dövr 6...7 dəqiqə ərzində davam edir, əgər maye faza
sentrafuqaya fırlanmanın 1500 dəq
-1
tezliyində daxil olursa, sonra onu 200
dəq
-1
tezliyə qədər azaldırlar və seperasiya olunmuş bərk qalığın avtomatik
boşaldılması baş verir. Nəmliyi 60% olan bu qalıq – çöküntü (qum, gil, üzvi
qarışıqlar) məhsul C
3
– dür, hansı ki, gübrə kimi istifadə edilir.
Sentrafuqada alınmış maye fraksiya (məhsul C
3
ayrılandan sonra) ka-
merada toplanan vaxtda, məhsul C
2 –
nin
ayrılması, qurudulması və qranul-
laşdırılması dördüncü texnoloji əməliyyatda baş verir. Əvvəlcədən maye
aşağı təzyiq altında (=20 kPa) 80
0
C-dək qızdırılır. Alınmış konsentratda
28% quru maddə olur, sonra onu 70
0
C temperaturda toz halına düşənədək
qurudurlar. Bu toz (məhsul C
2
) – qiymətli zülali yemdir (yem dəyərinə və
lizinin miqdarına görə onu soya şrotu ilə bərabər tuturlar). Vertikal şneklə
onu qranulyatora, sonra isə hazır məhsul bunkerinə ötürürlər.
Sonuncu (beşinci) əməliyyatda dezodorlaşdırma və texniki suyun isti-
fadəsini həyata keçirirlər, hansı ki, məhsul C
2
-nin qurudulmasında və kon-
densasiyasında alınır. Bu zaman buxar soyuducuya daxil olur, alınmış su isə
qəbulediciyə ötürülür. Dezodorasiya həcmdən forsunkalarla suyun çilənmə-
sində qüllədə baş verir. Belə suyun adi su ilə qatılmasından (1:1) sonra, onu
bordaq heyvanların suvarılmasında və ya peyinin fermentasuyasında onu
409
nəmləndirmək üçün istifadə etmək olar.
Məhsul C
1
və C
2
yem məqsədilə, məhsul C
3
isə gübrə kimi istifadə
olunur.
Dostları ilə paylaş: |