M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə342/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   437
ġəkil 4. 3.  Peyinin toplanmasının boru-resirkulyasiya sisteminin sxemi: 

I  –  pəyə;  II  –  tutucu-quyu;  III  –  peyin  şirəsi  toplayıcısı;  IV  –  sorucu  stansiya;             

1  -  fekal  sorucusu;  2  –  sürgü;  3  –  təzyiqli  boru  xətti;  4  –  öz-özünə  axan  boru 

xətti; 5 – quyular; 6 – tutucu tor; 7 – boşaltma üçün boru xətti. 




406 

 

4.5.3.  Heyvandarlıq  tullantılarının  emalı  üçün  biotexnologiyanın 



istifadə olunması 

Avropa biotexnologiya federasiyasının təyinatına görə, biotexnologiya 

-  mikroorqanizmlərin  və  toxumaların  faydalı  keyfiyyətlərinin  sənayedə 

tətbiqi  üçün  biokimya,  mikrobiologiya  və  kimya  texnologiyalarının  birgə 

istifadə olunmasıdır.  

Ekoloji  biotexnologiya  müvafiq  texnoloji  proseslərin  köməyilə  ətraf 

mühitin  mühafizəsi  (tullantıların  emalı,  mühitin  komponentlərinin  çirklən-

mədən  mühafizəsi,  təbii  ehtiyatların  rasional  istifadəsi  və  s.)  məsələlərini 

həll edir.   

Yuxarıda deyilənlərdən göründüyü kimi heyvanların intensiv çoxaldıl-

ması peyinin lokal toplanmasına səbəb olur. Onların miqdarı bəzən o qədər 

çox olur ki, təbii biodeqredasiya potensialını dəfələrlə ötüb keçir.  

Peyinin  kompostlaşdırılması  bioloji  oksidləşmənin  kompost-humus-

laşmış məhsulunu almaq üçün tətbiq olunur. Məhsulun tərkibində üzvi bir-

ləşmələr, parçalanma məhsulları, ölmüş mikroorqanizmlərin biokütləsi və s. 

olur.  Bu  məhsulun  torpağa  verilməsi  aqroekosistemin  sabitliyinin  pozul-

masına səbəb olmur.  Kompostlaşdırma  - bioloji oksidləşmənin  ekzotermik 

prosesidir. Burada üzvi substrat yüksək temperatur və nəmlikdə mikroorqa-

nizmlərin  qarışıq  populyasiyalarının  aerob  biodeqredasiyasına  uğrayır  və 

torpağın  aqrokimyəvi  meliorasiyası  üçün  qiymətli  və  təhlükəsiz  məhsula 

çevrilir.  

Kompostlaşma prosesində oksigenə olan tələbat ödənilir və karbon iki 

oksid,  su  ayrılır,  istilik  artır  və  üzvi  maddə  sabit  formaya  keçir.  Peyin 

xəndəklərdə  toplandırıldıqda  fermentasiya  prosesində  ayrılan  istiliyin  bir 

qismi saxlanılır ki, bu da kompostlaşma prosesini sürətləndirir.  

Peyinin aerasiyasını yaxşılaşdırmaq, eləcə də nəmliyin azaldılması və 

karbonun  azota  olan  nisbətini  yüksəltmək  üçün  əlavələr  qarışdırılır  (taxıl-

ların küləşi, yarpaqlar, zibil, qırıntılar və s.).  

Kompostlaşma  prosesində  dörd  mərhələ  ayrılır:  mezofil,  termofil, 

soyuma  və  yetişmə.  Birinci  üç  mərhələ  sürətlə  keçir  (günlər  və  ya  həftələr 

ərzində). Yetişmə mərhələsi isə bir neçə ay çəkir. Bu müddət ərzində ölmüş 

bakteriyaların zülalları ilə liqnin qalıqları arasında humin turşularının yaran-

masına səbəb olan mürəkkəb reaksiyalar baş verir.  Bu müddət ərzində xən-

dəklərdə temperaturu 55

0

C -yə  yaxın saxlamaq lazımdır, buna görə də hər-



dən  xəndəklərdə  məcburi  havalandırma  olmalıdır.  Tövsiyə  olunan  optimal 

nəmlik  50...60%  həddində,  minimal  sərbəst  qaz  məkanı  30%-ə  yaxın,  qaz 

fazasında oksigenin qatılığı isə 10...18%  olmalıdır.  Xəndəklərin (topaların) 



407 

 

aşağıdakı ölçülərini saxlamaq lazımdır: uzunluq – istənilən qədər, hündürlük 



– 1,5 m; eni – 2,5 m (təbii havalandırmada).  

Xəndəklər  (kompost  sıraları)  üçbucaq  formalı  olur.  Onları    beton-

laşdırılmış sahələrdə yerləşdirirlər. Peyin doldurucudan atıcıya yükləndirilir, 

sonra isə maşının daimi yavaş hərəkəti ilə atılır.  Sonra diametri 75 mm olan 

şüvülün köməyilə xəndəyin dibinə qədər, bir-birindən 1 m aralı olan vertikal 

deşiklər  açırlar.  Bir aydan sonra xəndəyi qarışdırırlar. Iki –üç aydan sonra 

kompost tamamilə yetişir. 3-4 gündən sonra bu cərgəyə bir qədər yeni peyin 

kütləsi  əlavə  olunur.  Ritmi  tutaraq  işi  o  vaxtaqədər  davam  etdirirlər  ki, 

cərgənin  hündürlüyü  2  m  çatsın  (bu  zaman  onun  periodik  qarışdırılmasına 

ehtiyac yoxdur).  

Çində  peyinin  kompostlaşdırılmasının  xüsusi  üsulu  hazırlanıb.  Onun 

qatlarının arasına bitkinin xırdalanmış gövdələri növbə ilə yerləşdirilir. Hər 

cərgədə 40% gövdə, 30% kənd təsərrüfat axınları və bərk tullantılar və 30% 

peyin olur. 7...10 qatdan ibarət olan topanın  hündürlüyü 1,5 m, eni 2...3 m,  

uzunu  6...7 m olur. Aerasiya sistemi bir-birindən 1,5 ...2 m  aralıda yerləşən 

və quyunun dibindən 0,3 m məsafədə, diametri 100 mm olan bambuk  ağa-

cının çubuqlarının  köməyilə yaradılır. Horizontal çubuqları vertikal çubuq-

larla 1 m məsafədə  yerləşdirdikdə onlar bir-biri ilə birləşir. Yerləşdirmənin 

sonunda topanın üstü 0,3 m qalınlığında lillə örtülür. Bambuk çubuqları 24 

saatdan sonra çıxarırlar, bu zaman havalanma üçün olan deşiklər saxlanılır. 

2  həftədən  sonra  topanı  çevirirlər,  kompost  isə  2...4  aydan  sonra  istifadə 

olunur.  

Peyinin  yem  əlavələrinə  çevrilmə  emalını  bir  neçə  yolla  aparırlar: 

peyindən  və  ya  quş  zılından  yem  (qidalı)  hissəni  çıxarmaqla;  peyinin  yem 

mayalarının  istehsalı,  milçək  sürfələrinin  və  yosunların  becərilməsi  üçün 

qidalı mühit kimi tətbiqi; yem zülalının alınması üçün qurdların becərilməsi.  

İri buynuzlu mal-qaranın peyinin yem əlavəsi ―Seriko‖ –ya emalının, 

peyindən xam  proteinin, karbohidrat  (energetik)  maddəsinin və biogen ele-

mentlərin  (NPK)  çıxarılmasına  əsaslanan  fransız  texnologiyası  daha  çox 

məşhurdur.  

Kənd  təsərrüfat  heyvanlarının  ekskrementlərinin  quru  maddəsi  rasio-

nun ümumi enerjisinin 20-25%-ni və xam proteinin 16%-ni təşkil edir.  

Peyinin emalının texnoloji əməliyyatlarının nəticəsində alınır: məhsul 

C

1



-  silos (nəmlik 60%; quru maddənin tərkibi, %-lə: protein – 7,3, yağ – 2, 

kleçatka – 28, AEM – 51,7, kül - 11); məhsul C

– protein konsentratı (nəm-



lik 10% ; quru maddənin tərkibi, %-lə: protein – 27, yağ – 6, kleçatka – 2, 

AEM – 55, kül - 10); məhsul C

3

 – üzvi gübrə və texnoloji su.  




408 

 

Birinci  texnoloji  əməliyyat  iri  ağır  cisimlərin  çıxarılması  və  qarış-



dırma  üçün    peyinin  qəbulediciyə  ötürülməsi,  buradan  o,    dörd    beton  ka-

meraya  vurulur (150 m

3

) – fermentyorlara. Peyin ardıcıllıqla hərəsində bir 



gün qalmaq və qarışdırılmaqla , dörd kameranın hamısından keçirilir. Onun 

nəmliyi  78  ±  2  %  və  p  H  –  5,6...6  olmalıdır.  Dördüncü  gün  peyin  axırıncı 

(dördüncü) fermentyordan məhsul C

1

 arılması üçün seperatora verilir.  



İkinci əməliyyatda məhsul C

1

 –in ayrılması və fermentasiyası baş ve-



rir. Əvvəlcə seperatorlarda bitki liflərini, dən qabıqlarını, həzm olunmamış 

dəni və digər 0,8 mm-dən böyük olmayan birləşmələri ayırırlar. Ayrılmış və 

sıxılmış  (nəmlik  55...60%)  bərk  fraksiya  məhsul  C

1

–in  alınması  üçün 



xammaldır, maye fraksiyanı isə ayıraraq, sonrakı emal və məhsul C

3

 və  C



2

 

almaq  üçün kameraya ötürülür.  



Məhsul C

bunkerə daxil edilir, sonra isə  silos qülləsinə  ötürülür, bu-



rada 10...12 gün müddətində fermüntləşmə baş verir (siloslaşma süd turşusu 

bakteriyalarının inkişafı nəticəsində, zərərsizləşmə isə - silos kütləsinin yük-

sək temperaturu – 60...70

0

C hesabına baş verir).  



Üçüncü  texnoloji  əməliyyatda  ikinci  əməliyyat  nəticəsində  alınmış 

maye fraksiya kameradan dövri işləyən (avtomatlaşdırılmış rejimdə) sentra-

fuqaya  verilir.  Dövr  6...7  dəqiqə  ərzində  davam  edir,  əgər  maye  faza 

sentrafuqaya  fırlanmanın 1500 dəq

-1 

tezliyində  daxil  olursa,  sonra  onu  200 



dəq

-1

 tezliyə qədər azaldırlar və seperasiya olunmuş bərk qalığın avtomatik 



boşaldılması baş verir. Nəmliyi 60% olan bu qalıq – çöküntü (qum, gil, üzvi 

qarışıqlar)  məhsul C

3

 – dür, hansı ki, gübrə kimi istifadə edilir.  



Sentrafuqada alınmış maye fraksiya (məhsul C

3

 ayrılandan sonra) ka-



merada toplanan vaxtda,  məhsul C

2 –


 nin

 

 ayrılması, qurudulması və qranul-



laşdırılması  dördüncü texnoloji əməliyyatda  baş verir. Əvvəlcədən  maye 

aşağı  təzyiq  altında  (=20  kPa)  80

0

C-dək  qızdırılır.  Alınmış  konsentratda 



28%  quru  maddə  olur,  sonra  onu  70

0

C  temperaturda  toz  halına  düşənədək 



qurudurlar.  Bu  toz  (məhsul  C

2

)  –  qiymətli  zülali  yemdir  (yem  dəyərinə  və 



lizinin miqdarına görə onu soya şrotu ilə bərabər tuturlar).  Vertikal şneklə 

onu qranulyatora, sonra isə hazır məhsul bunkerinə  ötürürlər.  

Sonuncu (beşinci) əməliyyatda dezodorlaşdırma və texniki suyun isti-

fadəsini  həyata  keçirirlər,  hansı  ki,  məhsul  C

2

-nin  qurudulmasında  və  kon-



densasiyasında alınır. Bu zaman buxar soyuducuya daxil olur, alınmış su isə 

qəbulediciyə ötürülür. Dezodorasiya həcmdən forsunkalarla suyun  çilənmə-

sində qüllədə baş verir. Belə suyun adi su ilə qatılmasından (1:1) sonra, onu 

bordaq heyvanların suvarılmasında  və  ya  peyinin   fermentasuyasında  onu  




409 

 

 nəmləndirmək üçün istifadə etmək olar.  



Məhsul  C

1

  və  C



2

  yem  məqsədilə,  məhsul  C

3

  isə  gübrə  kimi  istifadə 



olunur.   

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin