M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə340/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   336   337   338   339   340   341   342   343   ...   437
ġəkil 4.2. Peyin axınlarının çoxmərhələli təmizlənməsinin texnoloji sxemi. 

1 – heyvandarlıq kompleksi (süni şəraitdə peyinin zərərsizləşdirilməsi qurğusu 

olan); 2 – təmizləyici qurğular sistemi; 3 – torf-kompost zavodu; 4 – durulaşmış 

axınların  toplayıcısı;  5  –  qovşaq;  6  –  suvarılan  əkinçilik  tarlaları;  7  –  bufer 

nohur; 8 – balıq nohuru; 9 – su anbarı. 

 

Toplayıcı  nohurlarda  çirkab  suların  orqanoleptik  xassələri  dəyişir 



(peyin və fekal qoxular zəif qoxularla, sarımtıl rəng – boz-sarı rənglə  əvəz 

olunur). Durulaşdırma və aerasiya zamanı çirkab sularda nitratların və kaliu-

mun,  az  miqdarda  isə  ammonyak  və  fosforun,    miqdarı  xeyli  azalır.  Bufer 

nohurlarda  suyun  rəngi  və  qoxusu  itir,  bundan  əlavə,  onda  fosfor  və 

kaliumun miqdarı kəckin azalır.     

Maye  peyin  torf-kompost  qarışığının  və  ya  torf-peyin  kompostunun  

hazırlanma  sında  istifadə  olunur.  Bu  zaman  maye  peyinin  torfla  qarışığı 

3...4 ay ərzində xəndəklərdə saxlanılır, bu dövr ərzində biotermiki proseslər 

nəticəsində  patogen  mikroorqanizmlər  məhv  olurlar.  Bu  üsul  o  rayonlarda 

tətbiq  olunur  ki,  orada  torfun  yerli  ehtiyatları  olsun.  Rusiyanın  cənubunda 

maye peyini mineral tukalarla qrışdırıb, qurutduqdan sonra qranullaşdırılmış 

gübrə istehsalında istifadə etmək olar.  




403 

 

Südçülük  istiqamətli  heyvandarlıq  komplekslərində  maye  peyinin 



təsərrüfatda  istifadəsinin  ən  effekli  istiqaməti  –  onun  suvarma  tarlalarında 

utilizasiyasıdır.   

     Maye  peyinin  toplanmasının  və  istifadəsinin  müxtəlif  texnoloji 

sxemləri hazırlanmışdır. Məsələn, aşağıdakılar:  

-peyini  yarıqlı  döşəmədən  fermadan  50  m  aralıda  yerləşən  petin  top-

layan xəndəyə axıdılır, buradan isə sorucu aparatın köməyilə o metanogenez 

üçün  qıcqırma  kamerasına  daxil  olur  və  sonra  öz-özünə  axınla  peyin  top-

layıcısına ötürülür;  

-su  ilə  qarışdıqdan  sonra  peyin  orta  axınlı  yağış  yağdırma  aparatlı 

daşınan yağış yağdırma qurğusuna ötürülür;     

-peyin peyintoplayana düşür (birinci sxem üzrə), oradan isə mexaniki 

susuzlaş  dırma  sexinə  sorulur;  maye  fraksiyanı  öz-özünə  axınla  altı  aylıq 

çıxıma  hesablanmış  saxlama  yerinə  yönəldirlər,  sonra  isə  yağış  yağdıran 

qurğu ilə tarlaya paylayırlar;  bərk fraksiyanı sexdən 100 m aralıda yerləşən  

xəndəklərdə  basdırırlar  və  üç  ay  saxladıqdan  sonra  nəqliyyat  vasitələrinə 

yükləyərək rotorlu atıcılarla torpağa verirlər;  

-peyin peyintoplayana düşür (birinci sxem üzrə), peyin saxlama yerinə 

vurulur və 3...4 ay  ərzində durulaşdırmaq üçün saxlanılır, sonra maye  his-

səni  şiber  hərəkətetdiri  cisi  ilə  şirə  toplayana  tökürlər,  oradan  isə  tarlaya 

vurulur və yağış yağdıran qurğunun köməyilə torpağa  verilir.    

Peyinin  toplanması  və  istifadəsində  yuxarıda  göstərilən  istənilən 

sxemlərdən birini seçdikdə, ehtiyat kimi maye peyini atan 4 və  ya 8 tonluq 

aviosisterna və ya digər gücləndirilmiş atıcı lazımdır.  

Maye  peyinin  suvarma  tarlalarına  peyin  şirəsi  daşıyan  maşınların  

köməyilə daşınması ekoloji cəhətdən əsaslandırılmamışdır.  Belə ki, o hava 

şəraitindən,  suvarılan  sahənin  ölçüsündən,  onların  fermadan  uzaqlığından, 

mexanizatorun  kvalifikasiyasından  və  vicdanından  və  yem  sahələrini  güb-

rələmə suvarmalarının müddətindən, dozasından və keyfiyyətindən asılıdır.  

Meteoroloji  faktorlardan asılı  olaraq maye peyinlə suvarılma çətinlik 

yaradanda,  hər  bir  sxem  peyinin  peyin  saxlama  yerlərində  ən  az  1...3  qış 

ayında  saxlanmasını  nəzərdə  tutmalıdır.    Lakin  üçaylıq  saxlama  dövründə 

patogen  mikroorqanizmlərin  və  helmintlərin  hamısı  məhv  olmur,  zərərsiz-

ləşdirməni isə (kontakt-qaz üsulu ilə) yalnız lil çöküntüsü həyata keçirir.  

Peyin  şirəsi  daşıyanların  sayı  iri  buynuzlu  heyvanların  fermalarının 

texnoloji  layihələnmə  normalarına  əsasən  planlaşdırılır.  Misal  olaraq,  1000 

baş inəyin südçülük kompleksi üçün maye peyinin çıxımı cədvəl 4.21-də ve- 




404 

 

 rilir.    



Verilmiş  misaldan  göründüyü  kimi,  1000  baş  inək  üçün  kompleksdə 

hər gün 65 t (m

3

) peyin şirəsi (orta nəmlik 90...92%), ildə isə 24488 t (m



3

utilizasiya olunmalıdır.  



Sonuncu  göstərici  (illik  kütlə)  yem  bitkisinin  azota  olan  tələbatına 

əsasən maye peyinin illik miqdarını yerləşdirməsinə lazım olan sahəni təyin 

etmək üçün istifadə olunur. Ancaq bu, lazım olan dəqiqliklə hesablanmanın 

aparılmasına və suvarma sahələrində ekoloji vəziyyətin inkişafının proqnoz-

laşdırılmasına imkan vermir.  

Ekoloji  vəziyyətin  yaxşılaşdırılması  və  təbii  ehtiyatların  rasional  isti-

fadəsi üçün texnoloji liniyaların istismarının müxtəlif üsulları işlənib hazır-

lanmışdır.  Belə  ki,  hidroyumada  resirkulyasiya  üsulu  tətbiq  olunur.  Peyin 

tövlədən  daxili  öz-özünə  peyindaşıyana  düşür,  buradan  axınla  peyin  şirəsi 

qəbulediciyə aparılır, harada ki, maye rəngsizləşir (durulur), peyinin yuyul-

ması  üçün  təkrar  əvvəlki  yerə  qaytarılır.  Belə  sistem  periodik  olaraq  az 

miqdarda suyun əlavə olunmasını tələb edir.  




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin