179
VƏTƏN
Dostu
bu dünyada seçib taparlar,
Dost-düşmən seçilər, Vətən seçilməz.
Qayanı yararlar, dağı çaparlar,
Dağ-qaya kiçilər, Vətən kiçilməz.
Neçə taleyimdən,
ömrümdən keçər,
Qovuşmaz karvana, yovuşmaz köçə.
Köçsə qürbət eldə qəlbinə köçər,
Ağır elli-günlü Vətən köçülməz.
Ürəyin
Vətənin önündə - zərrə,
Adını dəyişməz qızılla, zərlə.
Vətənin yolunda candan keçilər,
Keçilməz qaladı, Vətən, keçilməz!