Seçmə aşıq şeirləri
64
BAYATILAR
Əzizim oyan yeri,
Arazın o yan yeri.
Yüz min loğman neyləsin,
Qəm qüssə oyan yeri.
Əzizinəm ələndi,
Günüm-gündən ələndi,
Vətən deyib qocaldım,
Ömrüm-günüm ələndi.
Əzizinəm dağlara,
Oba köçdü dağlara.
Sərdar, öyün dağılsın,
Həsrət qaldım dağlara.
Eləmi sazım ağlar,
Huy çəkib sazım ağlar.
Oğlu ölmüş aşığam,
Kərəm tək sazım ağlar.
Aşığam, şana qaldı,
Saçında şana qaldı.
Busə aldım üzündən,
O da nişana qaldı.
Eləmi sona gözəl,
Gəlməz oysana gözəl.
Baxdım, ağlım apardın,
Vuruldum sana, gözəl.
Əzizim Göyçəyə mən,
Qurbanam, Göyçəyə mən.
Viran qalsın Urumu,
Həsrətim Göyçəyə mən.
65
DADALOĞLU
(1785 -1865)
BĠZĠMDĠR
Qalxdı, köç eylədi Əfşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb atlar yaxın eylər irağı,
Uca dağdan aşan yollar bizimdir.
Belimizdə qılıncımız girmani,
Daşı dələr mizrağımın təmrəni!
Haqqımızda dövlət vermiş fərmanı,
Fərman padşahındı, dağlar bizimdir.
Dadaloğlu, yarın qovğa qurulur,
Ötər tüfəng, davlçular vurulur,
Neçə qoç igidlər yerə sərilir,
Ölən ölür, qalan sağlar bizimdir!
|