63
***
Cəsədim möhnətə, narə qalandı
Yandırıb döndərib küllərə məni.
Dərdim dərya kimi coşub bulanır
Qərq
edir ümmana, sellərə məni.
Əyibdi işimi qəzavü qədər,
Dolandım dünyanı
tamam sərasər,
Gedər
bu dərdi-qəm mənlə bərabər
Axıdar çaylara, göllərə məni.
Ağ Aşıq həsrətdi biçarə yarə,
Görəsən olarmı dərdimə çarə?
Müddətdir
düşmüşəm qürbət diyarə
Fələk saldı qərib ellərə məni.