Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə42/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   38   39   40   41   42   43   44   45   ...   125
 
 
67 
 
ÇĠÇƏK DAĞI 
 
Alaydım da cürə sazım dizimə, 
Sürmələr çəkəydim ala gözünə. 
Cahan gözəl olsa –girməz gözümə, 
Səndə gümanım qaldı, Çiçək dağı. 
 
Bu qarşıki dağda yanar bir işıq, 
Aldırmış sevdiyin, ağlar bir aşiq, 
Bir ceyran baxışlı, zülfü dolaşıq, 
Səndə gümanım qaldı, Çiçək dağı. 
 
Dadaloğlu söylənməyir boradan, 
Yıxılsın bu dağlar, qalxsın aradan. 
Elbəylidən gəldim, qurtar, Yaradan, 
Səndə gümanım qaldı, Çiçək dağı. 
 


 
 
Seçmə aşıq şeirləri 
 
68 
AġIQ ALI 
 
(1801 - 1911) 
 
 
OLDU 
 
Yar yanında gunahkaram, 
Doğru sözüm yalan oldu. 
Yeriş etdi qəm ləşkəri, 
Könlüm şəhri talan oldu. 
 
Bax bu qaşa, bax bu gözə, 
Yandı bağrım döndü közə, 
Keçən sözü çəkmə üzə, 
Keçən keçdi, olan oldu. 
 
Aşıq Alı sənə qurban, 
Gəl eylə dərdimə dərman. 
Əldən uçdu tülək tərlan, 
Sar da kəklik alan oldu. 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin