Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə50/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   46   47   48   49   50   51   52   53   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
82 
 
 
 
 
 
AY SĠNƏ, SĠNƏ 
İbtida ustaddan dərsimi aldım, 
Oxuyub yetişdim ay “sin”ə, “sin”ə. 
Nəkreyin sualın yadıma saldım, 
Nə deyim gedəndə ay sinə, sinə? 
Ovsunçular əllərinə mar alı, 
Zənbur qonar şaqayıqdan mar alı, 
Kamil ovçu yəqin görüb maralı, 
Gedir bərəsinə ay sinə-sinə. 
Ələsgərəm, sənə ərzim budu, ağa, 
Yuyar qəssal, qəddim bükər budu, ağa… 
Məcnun könlüm-məskən salıb bu dağa, 
Müştaqdı Leylinin ay sinəsinə… 


 
 
83 
 
 
 
 
YÜKÜM 
 
Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm, 
Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. 
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin
Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. 
Nütfəsindən əyri olan tez göstərər isbatın, 
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın. 
Hərcayı hədyana sayar, naşı bilməz qıymatın, 
Əhli-urfan məclisində gövhər misaldı yüküm. 
Gəl, ey biçarə Ələsgər, sığın şahi-Heydara
Onun damənindən tutan yəqin ki, yanmaz nara. 
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara, 
Sərrafısan, aç baxgınan, gör nə cəlaldı yüküm. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin