Seçmə aşıq şeirləri
86
GÖRÜġÜRMOLA
Bir namə yolladım səba yelindən
Görən, sevdiyimə yetişirmola!?
Fələk məni tərki-vətən eyləli,
Nazlı yar əhvalım soruşurmola!?
Əzəldən aşığam tuti dillərə,
Müsəlsəl saçlara, siyah tellərə,
Axdı eynim yaşı döndü sellərə,
Yar içən sulara qarışırmola!?
O qızıl gülləri dərməyən Dilqəm,
Dərib pünhan yerə sərməyən Dilqəm,
Bu dünyada yarı görməyən Dilqəm,
Yarəb, o dünyada görüşürmola!?
87
YADIMA DÜġDÜ
Dilbər ehtiramla, mərhəmət ilə,
Yanıma gəldiyi yadıma düşdü.
Bir şirin söz ilə, qaşü-göz ilə,
Dərdimi bildiyi yadıma düşdü.
Əndəlib güllünnən, kəmər belinnən,
Ülfət qıl qullunnan, danış dilinnən,
Zülfünnən, telinnən, nazik əlinnən,
Göz yaşım sildiyi yadıma düşdü.
Dilqəm tərlanısan, uyma sar ilə,
Qızıl gül bülbülə uymaz xarı ilə
Bir şirin dil ilə, xoş gövtar ilə
Ucadan güldüyü yadıma düşdü.
|