Seçmə aşıq şeirləri
102
ĠNDĠ
Müxənnət zamana, beymürvət fələk,
Qoymadı mətləbim bir alam indi.
Gözüm açdım, qərinələr dolandım,
Görünür gözümə bir aləm indi.
Kamil bağban bağçasını suvara,
Plan çəkə, qanov vura, su vara,
Bir
şah gördüm səməndini suvara,
Tutmuşdu dəstində bir ələm indi.
Hüseynəm, əlimdən uçdu tərlanım,
Qırdı
şikar bəndin, qaçdı tərlanım,
Uca dağ başından aşdı tərlanım,
Getdi qürbət eldə bir ələ mindi.