Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə56/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   52   53   54   55   56   57   58   59   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
94 
MOLLA CÜMƏ 
(1854 – 1920) 
 
 
MƏN DÖNƏRƏM,  
KÖNÜL DÖNMƏZ  
 
Bir gözələ gözüm düşdü, 
Mən dönərəm könül dönməz. 
Ruhum getdi, əqlim çaşdı, 
Mən dönərəm, könül dönməz. 
 
Dərdimi söylərəm başdan, 
Ay qabaqdan, qələm qaşdan
Şirin dilli bir ölmüşdən
Mən dönərəm, könül dönməz.  
 
Molla Gümə, eylə dastan
Mail baxan gözü məstan
Bir vəfalı, sevən dostdan 
Mən dönərəm, könül dönməz.


 
 
95 
 
DOST MEHRĠBAN YA BĠR OLAR,  
YA ĠKĠ 
 
İsmi pünhan, niyə məndən küsübsən? 
Yaxşı
-
yaman ya bir olar, ya iki. 
Bu gün ölsəm hamı deyər yazıqdır, 
Canı yanan ya bir olar, ya iki. 
Sən şöləsən dörd yanında fanaram, 
Bülbülünəm, gülşənindən
 
kənaram
,
 
Hər məclisdə od tutuban yanaram, 
Dərdim qanan ya bir olar, ya iki. 
Hilal qaşa nə layiqdir o sürmə
Meylin qırıb, üzün məndən çevirmə. 
Cümə deyər, hər yetənə sirr vermə, 
Dost mehriban ya bir olar, ya iki. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin