Seçmə aşıq şeirləri
100
YOXDU, YOX
Ağa, şikayətim
var qulluğuna,
Zərrəcə sözümdə yalan yoxdu, yox.
Göstərdim cərraha, təbib-loğmana,
Dedilər:
bu dərdə dərman yoxdu, yox.
Yardan ayrı dözə bilməm, neyliyim,
Alışır dəhanda, odlanır dilim.
Bu dərdin dərmanı ölümdür, ölüm,
Sağlığıma daha güman yoxdu, yox.
Kərəm qılıb
mətləbləri bitirən,
Həsrətləri
bir-birinə yetirən;
Ay Qurbanı
qulluğuna gətirən,
Görərsən ki,
bir də Qurban yoxdu, yox.